SON XƏBƏRLƏR

Rəfsəncaninin qızı atasının İranın gələcəyindən nigaran olduğunu vurğulayıb

2021.10.20, 07:36
Rəfsəncaninin qızı atasının İranın gələcəyindən nigaran olduğunu vurğulayıb

Gunaz.tv

GünAzTv: Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi jurnalistlərə açıqlama verib.

GünAzTv mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Faizə Rəfsəncani atasının bir ildir Tehranda cümə namazlarına rəhbərlikdən imtina etməsinin səbəbinə toxunub: “Bunu küskünlük və təzyiqlə əlaqələndirmək düzgün deyil. Novruz bayramına qədər tez-tez atama zəng vurub cümə namazına rəhbərlik etməsini istəyirdilər. Lakin atam buna rədd edib. Ötənilki hadisələrin təkrar olunmasını, cümə namazına qatılan dinc vətəndaşların zorakılığa məruz qalaraq xəsarət almasını istəmir”.

Haşimi Rəfsəncani Tehranda cümə namazına axırıncı dəfə 2009-cu ilin iyulunda rəhbərlik edib. Həmin cümə namazına İrandakı “yaşıl hərəkat” tərəfdarları qatılaraq hakimiyyətə, dini rəhbər Əli Xamneyiyə və seçkinin qalibi elan olunmuş Mahmud Əhmədinejada qarşı şüarlar səsləndirmişdilər. Nəticədə hökumət qüvvələri ilə aksiyaçılar arasında baş verən qarşıdurmalarda çoxlu insan yaralanmış, bəzi şəxslər tutulub həbsə salınmışdı.

Faizə Rəfsəncani atasının ölkədəki durumdan, İranın gələcəyindən nigaran olduğunu vurğulayıb: “Müxalifləri fitnəkar adlandırmaq və onların dinc etirazını fitnə cərəyanı ilə əlaqələndirmək düzgün deyil. Fitnəkarlıq edənlər əks cərəyandır. Ötənilki prezident seçkisini idarə edənlər və onun nəticəsinə təsir göstərənlərdir. Qanunsuz olaylar özü böyük fitnə sayılır. Fitnələr bu gün də davam edir, ölkənin milli maraqlarını və təhlükəsizliyini kölgə altına alır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar