SON XƏBƏRLƏR

ETTELAAT “Traxtur” yarışlarına qarşı önləyici tədbirlərə başlayıb

2021.10.20, 07:36
ETTELAAT “Traxtur” yarışlarına qarşı önləyici tədbirlərə başlayıb

Gunaz.tv

GünAzTv: Təbriz və Azərbaycanı təmsil edən, yarışları milli hüquqların tələbi səhnəsinə çevrilən “Traxtur” futbol komandasının onuncu Liqa rəqabətləri çərçivəsində yarışacağı müsabiqələr, İran rejimini yenədə qorxuya salıb. Bununla bağlı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) önləyici tədbirlərə başlayıb.

 

Bu zəmində 2 nəfər Qoşaçaylı mədəni fəal və işadamı Yusif Muxtari və Həbib Mənafi Azər ETTELAATın Qoşaçay şöbəsinə çağırılıb.

 

ETTELAATa çağırılan soydaşlarımız sorğu-suala tutularaq onlardan Təbrizin Səhənd stadyomunda (stadion) keçirilən “Traxtur” yarışlarının hamısında iştirak etdiklərinin səbəbi soruşulub.

 

Keçən günlərdə Qoşaçay Təhlükəsizlik Qüvvələri və Polis əməkdaşları ictimai məkanlar, mağazarar və avtomobillərin şüşələri üzərindən “Traxtur” taxımının Loqo və bayraqlarını toplayıb və bu zəmində hər kəsə xəbərdarlıq ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar