SON XƏBƏRLƏR

İranda 6 nəfər öldürülüb, 40 nəfər həbs edilib

2021.10.20, 07:36
İranda 6 nəfər öldürülüb, 40 nəfər həbs edilib

Gunaz.tv

GünAzTv: Rəsmi Tehran Pakistanla sərhəddə təhlükəsizlik tədbirlərini güclənidirir.

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Ötən günlər ərzində İranın cənub-qərbində təhlükəsizlik qüvvəlri tərəfindən altı silahlı öldürülüb. İran polisi başçısının müavini Əhməd Rza Radan bildirib ki, Pakistanda sərhəddə yerləşən Sistan-Belucistan əyalətində silahlılarla üç toqquşma baş verib. Onun sözlərinə görə, sərhədlər üzərində nəzarətin gücləndirilməsi və ekstremistlərin,qaçaqmalçıların və kriminal elemetlərin İrana mümkün müdaxilə yollarının bağlanması üçün tədbirlər görülür.Xatırladaq ki, cümə axşamı İranın Zahedan şəhərində iki partlayış baş verib. Axşam namazından sonra məscidin qarşısında törədilmiş terror aktı nəticəmində 27 nəfər həlak olub, 169 nəfər yaralanıb.

 

Digər xəbərə görə, İranın Sistan və Bəlucistan əyalətlərində baş vermiş partlayışlarla əlaqədar olaraq ölkənin hüquq-mühafizə orqanları 40 nəfəri həbs edib. İran baş polisinin köməkçisi general Əhməd Reza Radan bildirib ki, faciə ilə bağlı həbs olunan 40 nəfər hadisənin baş verdiyi Zahidan şəhərində təhlükəli vəziyyət yaratmağa cəh etməyə çalışıblar. Polis müavini deyib ki, faciə nəticəsində həlak olanlar arasında 2 polis əməkdaşı da olub,10 nəfər isə yaralanıb. Bu ərəfədə faciə qurbanlarının dəfn mərasimində iştirak edənlər Amerika və İsrail əleyhinə şüarlar səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar