Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Klintonun Bakı səfərindən rusiyalı politoloq İranla bağlı sensasiyalı nəticə çıxarıb.
ABŞ (Amerika Biləşmiş Ştatları) və İran arasında yaşanan ziddiyyət və bunun Dağlıq Qarabağ münaqişəsinə təsiri ətrafında olduqca maraqlı proseslər cərəyan etməkdədir. İndi bir çox siyasi dairələrdə hesab edilir ki hər iki məsələ getdikcə bir-birinə daha çox bağlanmaqdadır. Sözügedən fikirlə bağlı mövqeyini bölüşən tanınmış rusiyalı politoloq Strateji Modelləşdirmə Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk bildirir ki ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz dövlətlərinə səfərindən sonra bu məsələ daha qabarıq şəkildə gündəmə gəlib. Onun sözlərinə görə xanım Klintonun səfəri Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək. İran ətrafında halqanın getdikcə daralmaqda olduğunu bildirən politoloq vurğulayır ki indi ABŞ Tehranla qonşu olan dövlətlərin antiiran kampaniyasında dəqiq mövqelərini bilmək istəyir: "İndi gəlin Qarabağ məsələsinə İran kontekstində yanaşaq. Azərbaycanın İranla bütün körpüləri yandırması üçün rəsmi Bakıya hər şey vəd edirlər. Buraya təkcə Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonların yox eləcə də Dağlıq Qarabağın özünün də geriyə qaytarılması vədi daxildir. Qarabağ ümumiyyətlə İrana zərbə endirilməsi üçün əsas məntəqə meydanlarından biri ola bilər". Lakin politoloq onu da bildirir ki Azərbaycan bununla bağlı edilən təkliflər ətrafında ciddi düşünməlidir. Əks təqdirdə işğal altında olan ərazilərinin azad olunması prosesi bir qədər də uzana bilər. Xatırladaq ki rəsmi Bakıda ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırmağı istəyir. Hazırda belə hesabedilir kiBakı və Vaşinqton arasında münasibətlər yaxşılaşmağa doğru getdiyindən ABŞ özü də sözügedən problemin həllinə diqqəti artıracaq. Münasibətlər isə Hillari Klintonun Azərbaycana səfərindən sonra daha sürətlə yüksəlməkdə davam edir. Amerika-Türkiyə şurasının sədri Riçard Armitacın fikrincə də dövlət katibi Hillari Klintonun Azərbaycana bu yaxınlarda səfəri Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə müsbət stimul verə bilər: "Səfər ABŞ-ın münasibətlərdə yaranmış soyuqluğa son qoymaq istədiyinə işarədir. Həqiqətən də artıq uzun zamandır ABŞ dövlət katibini Bakıya göndərmirdik. Dövlət katibinin müavini kimi oraya səfər etmişdim cənab Əliyevlə görüşmüşdüm onun atasını yaxşı tanıyırdım. Münasibətlərdə bir soyuqluq var idi fikrimcə bu soyuqluğa son qoyulub və ümid edirəm ki cənab Əliyev gələcəkdə cənab Obama ilə görüşəcək və hər şey öz yoluna qoyulacaq. Müdafiə və təhlükəsizlik sahələrində münasibətlər artıq illərdir sabit qalır lakin siyasi əlaqələrimizin də əvvəlki səviyyədə olmasına ehtiyac var". Xatırladaq ki daha əvvəl Vaşinqton Azərbaycanla münasibətlərə önəm verdiyini nümayiş etdirərək Müdafiə naziri Robert Qeytsi Bakıya göndərmişdi. Qeytsin Azərbaycana prezident Obamanın adından apardığı məktubda ABŞ prezidenti ikitərəfli münasibətlərdə ciddi məsələlərin mövcud olduğunu bildirmişdi. Bu məsələlərin nədən ibarət olduğu sualının cavabında cənab Armitac burada ABŞ-ın Türkiyə-Ermənistan yaxınlaşmasına çalışmasını xüsusi qabardıb: "Yenə də deyirəm ki bizim müdafiə sahəsində münasibətlərimiz davamlı inkişaf edib. Lakin bu bir qədər balansdan kənara çıxıb. Çünki biz eyni zamanda təhlükəsizlik siyasi təhsil və mədəni sahələrdə də əlaqələrimizin eyni səviyyədə yaxşı olmasını istəyirik. Bir şeyi də əlavə etmək istəyirəm ki Azərbaycanın nefti var zəngin dövlətdir onun iqtisadiyyatı inkişaf edəcək demək asandır. Lakin neftlə zəngin bir sıra ölkələrin tarixindən görürük ki neftdən gələn gəlirlərlə düzgün davranmırlar. Mən prezident Əliyevə bu mənada bir qədər imkan vermək istərdim çünki fikrimcə o başqa ölkələrin də edə bilmədiyi bir işi görməyə çalışır və bu da sərvətlərin Azərbaycan vətəndaşları arasında bərabər bölüşdürülməsindən ibarətdir. Rəsmi Bakı Vaşinqtonun Türkiyə və Ermənistan arasında sərhədlərin açılması istiqamətində səylərini bu bir ilə yaxın vaxt ərzində diqqətlə izləyirdi. Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır. Lakin Azərbaycan sərhədlərin açılması və Dağlıq Qarabağ probleminin həlli məsələlərinin bir-birilə bağlı olduğunu hesab edir və Vaşinqtonun bunları bir-birindən ayırmasına ABŞ-ın Azərbaycanın maraqlarına əhəmiyyət verməməsi kimi baxır. Klintonun səfəri müəyyən mənada bu qorxuların azalmasına xidmət edib". Onun sözlərinə görə dövlət katibi Klinton ABŞ-ın Fransa və Rusiya ilə Helsinki prinsipləri və Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinin nədən ibarət olması işi üzərində fəalliyyətlərini aydın ifadə edib: "Biz ümid edirdik ki Türkiyə və Ermənistan arasında protokolların imzalanması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək. Lakin qısa müddət üçün bunun əks təsiri oldu və Azərbaycanın reaksiyasına səbəb oldu. Fikrimcə bu bizim hamımızın səhvi idi. Məncə ABŞ bu məsələdə kifayət qədər getmiş məsləhətləşmələr aparmamışdı. Türkiyə də bizim Azərbaycandakı dostlarımızı müəyyən dərəcədə təəccübləndirdi. Hesab edirəm ki hamımız bundan dərs aldıq". Bakı-xəbər
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu