SON XƏBƏRLƏR

İran parlamenti uranın 20 faizədək zənginləşdirilməsini qanuniləşdirdi

2021.10.20, 07:36
İran parlamenti uranın 20 faizədək zənginləşdirilməsini qanuniləşdirdi

Gunaz.tv

GünAzTv: İran parlamenti dünən uranın 20 faizədək zənginləşdirilməsi barədə qanun layihəsi qəbul edib. İndi layihəni ölkənin ali qanunverici orqanı olan İnqilab Şurası təsdiqləməlidir. Sənəddə deyilir ki İran ona tətbiq edilmiş beynəlxalq sanksiyalara qarşı tədbirlər görməlidir.  İran uran zənginləşdirilməsi üzərində işi dayandırmaqdan imtina etdiyinə görə BMT-nin Təhlükəsizlik Şurası iyunun 9-da ona qarşı yeni sanksiya tətbiq elədi ki bu artıq sayca 4-cüdür. Beynəlxalq aləm ehtiyat edir ki İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər. Tehran ittihamı rədd edir nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar