SON XƏBƏRLƏR

Məhbus fəal Lətif Həsəni Aclıq Aksiyasına başlayıb

2021.10.20, 07:36
Məhbus fəal Lətif Həsəni Aclıq Aksiyasına başlayıb

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə iki aya yaxındır İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin zindanında saxlanan Lətif Həsəni aclığa başlayıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Lətif Həsəni bir neçə gün əvvəl ailəsi ilə telefon əlaqəsi yaradıb və həbsxanadakı ağır şəraitə etiraz olaraq artıq aclıq aksiyasına başladığını bildirib.

 

Lətif Həsəninin ailəsi bildirir ki, məhbus fəal aclığa başladığı barədə xəbəri verəndən dərhal sonra telefon danışığı kəsilib. Azərbaycanlı fəalın həbsdə qaldığı müddətin çox hissəsini təkadamlıq kamerada saxlandığı vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar