SON XƏBƏRLƏR

Qardaş ölkə Ermənistanın arzusunu ürəyində qoydu

2021.10.20, 07:36
Qardaş ölkə Ermənistanın arzusunu ürəyində qoydu

Gunaz.tv

GünAzTv: Türkiyə NATO-nun “Ermənistan-2010” adlı təlimləri üçün sərhədlərini açmayacaq. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Mən bu məsələni Alma-Atada həmkarım Elmar Məmmədyarovla müzakirə etdim. Sərhədlərin indi açılmasının mümkünsüzlüyünü qərara aldıq. Buna da heç kimin şübhəsi olmasın”.

 

Eyni zamanda Türkiyəli diplomat sərhədlərin açılması prosesi nə qədər vaxt çəkməsi ilə bağlı Qars bələdiyyəsi rəhbərinə məktub göndərdiyini də təsdiqləyib.

 

Qeyd edək ki, təlimlərin əsas məqsədi təbii fəlakət zonalarına humanitar yardım edilməsinə dair təcrübə qazanmaqdır. Təlimlər zamanı Türkiyədən hərbi maşın karvanının keçməsi üçün Ermənistan-Türkiyə sərhədləri açılacağı planlaşdırılırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar