SON XƏBƏRLƏR

Amerikadan Azərbaycana ciddi mesaj: Azərbaycan hakimiyyəti İranın azərbaycanlı əhalisini necə təqib etdiyini görməlidir

2021.10.20, 07:36
Amerikadan Azərbaycana ciddi mesaj: Azərbaycan hakimiyyəti İranın azərbaycanlı əhalisini necə təqib etdiyini görməlidir

Gunaz.tv

GünAzTv: Məşhur amerikalı analitik, Vaşinqtonun Heritage (Irs) fondunun baş eksperti Ceyms Filips Azərbaycan hakimiyyətini İran rejimi ilə yaxınlaşmamağa çağırıb.

“Turan”a müsahibəsində o bildirib ki, İran bütün mümkün terrorçu və ekstremist təşkilatları dəstəkləyir, onlar Türkiyədə, İraqda, Əfqanıstanda, Səudiyyə Ərəbistanında, Livanda, İsraildə, Qəzza bölgəsində və digər ölkələrdə insanları qətlə yetirir. “Azərbaycan bunu unutmamalı və hakimiyyətin İranın azərbaycanlı əhalisini necə təqib etdiyini görməlidir. Əhmədinejad rejimi terror ixracına və öz xalqına qarşı təqiblərə son qoymadıqca, təcrid edilməli və sanksiyalara məruz qoyulmalıdır”, deyə o bildirib.

“İran xalqı gec və ya tez onları insan hüquq və azadlıqlarından məhrum etmiş repressiv rejimi devirəcək. Ümid edirik ki, bu, İran rejimi nüvə silahına sahib olmazdan əvvəl baş verəcək. Lakin İsrail və ya Amerika İrana qarşı hərbi aksiyaya əl atarsa, onun qonşuları və ilk növbədə Azərbaycan başa düşməlidir ki, bu, ən son çıxış yoludur”, deyə analitik qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar