SON XƏBƏRLƏR

Təhran universitetinin türk öyrənciləri Təbriz Bazarı ilə bağlı Bəyanat yayıblar

2021.10.20, 07:36
Təhran universitetinin türk öyrənciləri Təbriz Bazarı ilə bağlı Bəyanat yayıblar

Gunaz.tv

GünAzTv: Təxminən bir həftədir Təbriz bazarı Etiraz Aksiyası nəticəsində bağlıdır. Bu barədə Təhran universitetinin türk öyrənciləri bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Təssüflə iki gündür ki, Təbriz Bazarı xüsusi ilə qızıl və parça sinfindən xoşagəlməz xəbərlər gəlir. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları və Təhlükəsizlik Qüvvələri Təbriz Bazarının etibarlı işadamlarına qarşı təzyiqə başlayıblar.

 

İran hakimiyyətinin mərkəz yönümlü siyasətinə qarşı başladılan etiraz aksiyasına artıq Urmu Bazarıda qoşulub.

 

İran dövlətinin mərkəz yönümlü siyasəti Azərbaycanın iqtisadiyyatına müxtəlif sahələrdə ciddi ziyan vurub. Bu məsələ illərdir ki, Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən etirazla qarşılanır.

 

Azərbaycan işadamlarının tarıxın həssas dönəmlərində o cümlədən Xalq-I Müsəlman Hərəkatı və 2006-cı il 22 may (1385-ci il-1 xordad) ərəfəsində  Milli Hərəkatı dəstəkləməsi, Milli Hərəkatın uzlaşısı və irəlləyişindən xəbər verir.

 

Biz Tehran universitetinin bir qrup öyrəncisi Təbriz və Urmu bazarının aksiyasını dəstəkləyərək, Milli Hərəkatın fəallarında istəyirik ki, həssas mərhələni nəzərə alaraq, Bazar işadamları ilə Milli Hərəkatın işbirliyini daha çox diqqət mərkəzinə alsınlar.”

 

Azərbaycan oyaqdı  -  Təbriz Bazarına dayaqdı

Tehran universitetinin iqtisad universiteti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar