SON XƏBƏRLƏR

Təbriz Bazarı işadamları, Azərbaycanın başqa şəhərlərinin işadamlarınıda Etiraz Aksiyasına çağırıblar

2021.10.20, 07:36
Təbriz Bazarı işadamları, Azərbaycanın başqa şəhərlərinin işadamlarınıda Etiraz Aksiyasına çağırıblar

Gunaz.tv

GünAzTv: Təbriz Bazarında 2010-cu il iyul ayının 13-də başlanan Etiraz Aksiyası dəvam edir.

 

Etiraz Aksiyasına başlayan işadamları, Azərbaycanın digər şəhərlərinin (Urmu, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Xoy və...) işadamlarınıda Etiraza qoşulmağa çağırıblar.

 

Xatırladaq ki, 2010-cu il iyul ayının 13-də (1389-cu il tir ayının 22-i) Təbriz bazarının işadamları 70 faiz verginin artması, yenicə BƏSİC (Hökumət tərəfdarları yarımsilahlı dəstələr) üzvləri tərəfindən zorlanaraq qətlə yetirilmiş gənc qız mərhum Elnaz Babazadənin faciəli öldürülməsi, Azərbaycanın milli hüquqları və milli-mədəni fəalların qanunsuz tutuqlanmasına dair etiraz aksiyasına başlayıblar.

 

İşadamlarının irəli sürdüyü şərtləri xatırlayaq.

 

-         millətçi siyasət bazar iqtisadiyyatı səhnəsində uzaq olmalı.

-         Hökumətdən asılı olmayan Sinfi dərnəklər yaradılmalıdır.

-         Təbriz bazarı “Yunesko”-da qeydə alınmalıdır.

-         Təbriz bazarında avtomat olaraq yanqını elan edən sistem yaradılmalıdır.

-         Azərbaycan Respublikası və Türkiyə ilə iqtisadi əlaqələr genişləndirilsin.

-         Azərbaycan zavodları və sinfi postlarında qeyri Bəsic (hökumət tərəfdarları- yarım silahlı dəstələr) və yerli müdir və kadr seçilsin.

-         Azərbaycanın milli-mədəni və mədən sərvətlərinin qarətinə son verilsin.

-         Azərbaycanda tutuqlamalar və həbslərə son verilsin. Hazırda hər 18 dəqiqədə bir Azərbaycanlı həbs olur.

-         Azərbaycan türkcəsi rəsmi dil olsun. Sinfi və ticarət mərkəzlərinin adlarını türk dilindən seçmək mümkün və azad olmalıdır.

-         Ticarəti asanlaşdırmaq və Azərbaycanın bütün bölgələrində yarım hərbi vəziyyəti dayandırmaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar