SON XƏBƏRLƏR

ETTELAAT və polis Qüvvələri Təbriz Bazarı Aksiyasına müdaxilə etdi

2021.10.20, 07:36
ETTELAAT və polis Qüvvələri Təbriz Bazarı Aksiyasına müdaxilə etdi

Gunaz.tv

GünAzTv: Bazar və bazar ətrafı xiyabanlar, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları ilə dolubdur. Onlar sıvıl paltarda insanlara yaxınlaşib, bazarın bağlanması ilə bağlı söhbətə başlayırlar. Bununlada etirazçıları kəşf edib və yaxalayırlar.

 

Polis və ETTELAAT əməkdaşları ticarət mərkəzlərinin qapılarını linglə qırıb, keşikçiləri isə batunla döyüblər. həmçinin ticarət mərkəzlərinin bağlanması səbəbi ilə cərimə kağazları yazıb, ödəmək üçün keşikçilərə  veriblər.

 

Məlumata görə, bir neçə  işadamı tutuqlanıb, naməlum istiqamətə aparılıb.

 

Xatırladaq ki, bir neçə gündür Təbriz Bazarında sinfi və mədəni istəklərə görə etiraz aksiyası keçirilir. Bazar hazırda bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar