SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb

Gunaz.tv

GünAzTv: Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb. Bu barədə Lent.az APA-ya istinadən xəbər yayıb.Görüşün nəticələri ilə bağlı mətbuat açıqlaması yayımlanması gözlənilir. “3+2” formatında keçirilən görüşdə Elmar Məmmədyarovla Edvard Nalbandyandan başqa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Staynberq də iştirak edirlər. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda jurnalistlərə verdiyi açıqlamada Almatı görüşündə əsasən Laçın və Kəlbəcərin işğaldan azad olunması müddətinin müzakirə olunacağını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar