Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Tehranda çıxan "İran" rəsmi dövlət qəzetində 2006-cı ilin mayında Azərbaycan türklərini aşağılayan karikatura çap edilmişdi. Bu şəklin müəllifi Mana Neyistani adlı iranlı idi. "İran"ın fars şovinist mövqeyinə Azərbaycan türkləri o vaxt sərt etiraz etdi. Həmin etiraz aksiyalarını Tehran hakimiyyəti gülləbaranla qarşıladı. 20 nəfərdən çox dinc aksiya iştirakçısı həlak oldu. Etiraz çıxışlarında tutulanların bir çoxunun məhkəmə prosesi hələ də davam edir.Türklər qəzetin qapadılmasını, bu materialın çapında iştirak edənlərin cəzalandırılması tələblərini irəli sürürdü. İran rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Mana Neyistaninin ölkədən çıxaraq, Dubaya getməsinə şərait yaratdı. Qəzet bir neçə aylığa qapadılsa da, nəşri tezliklə bərpa olundu.Bir iş var ki, hakimiyyətə qarşı məqalə ilə çıxış edən qəzetlər qapandıqdan sonra illərlə işıq üzü görmür, bu mətbuat orqanlarının məsulları barəsində cinayət işi açılır. Yaxud Avropanın hansısa şəhərində müsəlman olmayan bir şəxs İslam müqəddəslərinə qarşı material çap edəndə İslam Respublikasının rəhbərliyi elələri haqda qiyabi ölüm hökmü çıxarır. Ancaq "İran"dakı həmin materialın müəllifi və qəzetin məsulu hakimiyyət tərəfindən adekvat şəkildə cəzalandırılmadı.Güney Azərbaycanlı türklərin heyrətiBu günlərdə isə bəlli olub ki, Mana Neyistani kimi şovinist və irqçi müəllif Karikaturaçıların Hüquqlarını Müdafiə Beynəlxalq Şəbəkəsinin "Şücaət" medalı ilə təltif edilib. Bu hadisə İranın türk ziyalılarında heyrət doğurub. İranda Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin icraçı rəhbəri Faxtə Zamani şəbəkənin icraçı katibi doktor Robert Rasselə etiraz məktubu ünvanlayıb:"Azərbaycan türklərinin əleyhinə çəkdiyi irqçi və aşağılayıcı karikaturasına görə Mana Neyistaniyə sizin medal verməyiniz dünyanın çeşidli ölkələrində yaşayan milyonlarla azərbaycanlı kimi bizi də heyrətləndirib.Cəmiyyətimiz irqçiliyə qarşı və insan şəxsiyyətinə hörmət edilməsi uğrunda mübarizə apardığı bir şəraitdə siz ona "Şücaət" medalı vermisiniz.İranda Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin qənaətincə, qurumunuz tərəfindən Mana Neyistaniyə belə bir mükafatın verilməsi İran hakimiyyətinin ölkədəki fars olmayanlara nifrət aşılayan rəsmi təbliğatının dəstəklənməsi anlamına gəlir"."butovazerbaycanbirliyi"nə istinadən məlumatda bildirilib: "2006-cı ilin fevralında Tehranda çıxan rəsmi dövlət qəzeti "Həmşəhri" insanlıq tarixində acınacaqlı bir hadisəni (Hitler Almaniyasının yəhudiləri soyqırım etməsini, Holokost faciəsini - S.S.) lağa qoyub, unutdurmaq üçün "Beynəlxalq Holokost Karikatura Müsabiqə"si elan etdi.Bir müddət sonra, həmin ilin mayında "İran" qəzeti türkləri tarakana oxşadan bir karikatura çap etdi. Qəzetin türklər barəsində işlətdiyi ifadəni Ruandada soyqırım törədənlər qırılan etnik qrup barəsində işlətmişdi".Məktubda Faxtə Zamani bildirib: "Bu karikatura iranlı uşaqlara "insan dilini" (fars şovinistləri farscanı belə adlandırır) bilməyən "böcək"lərə (həmin karikaturada türklər nəzərdə tutulur) qarşı aqressiv olmağı, onları məhv etməyi aşılayır". Qurumun icraçı rəhbəri belə bir davranışın faşist Almaniyası tərəfindən gerçəkləşdirildiyini yada salaraq vurğulayıb:"Azərbaycan türkləri sayca İranda ən böyük etnosdur. Ancaq on illərdir onlar milli mənsubiyyətinə, eləcə də dil və mədəniyyətinə görə ayrı-seçkiliyə məruz qalır, İran hakimiyyəti tərəfindən qurulan və ya dəstəklənən təbliğat maşını vasitəsi ilə aşağılanır, mədəniyyətsiz kimi təqdim olunurlar."Həmşəhri" qəzetinin bəhs etdiyimiz çağırışından sonra 2006-cı ilin avqustunda dünya Tehrandakı sərgidə Holokostun inkarını təbliğ edən tədbirin şahidi oldu. Biz dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Mana Neyistani İran hakimiyyətinin yaydığı irqçilikdən qaynaqlanan, onun təsiri altında olanlardandır. Bu təbliğatın təsiri altında olanlar Azərbaycan türklərini aşağılamaq məqsədi daşıyır".Hüquq müdafiəçisi bildirib ki, milyonlarla insanı milli mənsubiyyətinə görə aşağılayan bir siyasi-ideoloji düşüncəni təbliğ edənlərin "şücaət"li olması mümkünsüzdür:"Cənab doktor Rassel, İran hakimiyyətinin bütün mətbuata tam nəzarət etməsindən siz xəbərsiz ola bilərsiniz, ancaq qurumunuzun idarə heyətinin üzvü, İranda hakim fars şovinizminin təmsilçisi Nikahəng Kövsəri bu məsələni daha yaxşı dərk edir. Məqsədimiz yalnız ədalətsizlikləri sübut etməkdir. Mükafatla bağlı qərarınız da ədalətsizliklərdən biridir.İranda Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi söz azadlığının müdafiəçisidir. Ancaq zülmə məruz qalmış hər bir topluma qarşı nifrət və irqçiliyin təbliği söz azadlığına ziddir...Biz Karikaturaçıların Hüquqlarını Müdafiə Komitəsi Beynəlxalq Şəbəkəsindən tələb edirik ki, Mana Neyistaniyə 2010-cu ilin "Şücaət" medalının verilməsi haqda qərarını ləğv etsin. Bu halda şəbəkəniz özünün sülhsevərliyini, insan haqlarına hörmətlə bağlı öhdəliyini yerinə yetirdiyini və məqsədlərinə çatmaq üçün nifrət aşılayanları himayə etmədiyini göstərmiş olar".İsveçdəki "Azər" Cəmiyyətinin sədri doktor Manaf Səbəbi də Robert Rasselə etiraz müraciəti ünvanlayaraq bildirib ki, Mana Neyistani sizin mükafata layiq deyil və onun İranda təhlükə altında yaşaması ilə bağlı saytınızdakı məlumat həqiqəti əks etdirmir:"Bildirmək istərdik ki, bu mükafat və davranışla siz şovinist düşüncəli farsları İrandakı 30 milyonluq Azərbaycan türkünə təhqiredici yazılar yazmağa təhrik edirsiniz. Bu qərarınızla sanki siz belələrini mükafata layiq görəcəyinizi bəyan edirsiniz. Ümid edirik ki, siz bu qərarın yanlış olduğunu anlayacaq və qərarınızı dəyişəcəksiniz". S.Sədrəddin
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu