Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Güney Azərbaycanın milli hüquqları zəminində beynəlxalq səviyyədə mübarizə aparan, tanınmış ziyalı xanım Faxtə Zamanı “Xalq Cəbhəsi” qəzetinə müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:Faxtə Zamani İranda "separatçılıq"da ittiham olunur. O, Güney Azərbaycanın ən böyük şəhəri olan Təbrizdə dünyaya göz açıb. 1979-cu il inqilabından sonra onların torpaqlarına və sərvətlərinə əl qoyulub, evləri tamamilə yandırılıb, atası isə həbs edilib və edamla təhdid olunub. Orta təhsilini Təbrizdə başa vuran soydaşımız daha sonra Ankaraya gedib. Bundan sonra Faxtə Zamani Kanadaya gedərək, riyaziyyatdan aldığı yüksək balla Ottava Universitetinə qəbul olub, topladığı yüksək bal isə ona dövlət hesabına oxumağa imkan verib. Kanadaya gələndə ingilis dilini bilmədiyinə baxmayaraq, "Fizika və elektronika" ixtisasına yiyələnib və bir professorla birlikdə British Columbia Universitetində fövqəladə hazırlıq dərəcəsi layihəsini çalışmaq üçün Vankuverə köçüb. O, Avropa və Şimali Amerika boyunca müxtəlif forumlarda çıxış edərək, İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkünün dil və mədəni hüquqları uğrunda apardığı mübarizə haqqında dünya ictimaiyyətini məlumatlandırmağa çalışır. Elə bizimlə söhbətində də müsahibimiz bu və ya digər məsələlərə aydınlıq gətirir. - Əgər mümkünsə, öncə öz fəaliyyətiniz haqqında danışardınız? - Biz beş ilə yaxındır fəaliyyət göstəririk. Məqsədimiz Güney Azərbaycandakı ümumi vəziyyətlə əlaqədar məlumatları, ümumiyyətlə, təqib və təzyiqlərə məruz qalan, həbs olunan, işgəncə görən soydaşlarımızla bağlı bütün informasiyaları beynəlxalq insan haqları təşkilatlarına, xüsusilə BMT-yə təqdim etmək və onların hüququnu beynəlxalq qanunlar çərçivəsində müdafiə etməkdir. Mən hüquqşünas deyiləm, "Fizika və elektronika" ixtisası üzrə təhsil almışam. Ancaq 2006-cı il mayın 22-də Güney Azərbaycanda baş verən hadisələrə İran insan haqları təşkilatlarının biganə yanaşması və belə bir ağır durumda onlardan yardım istəyimizi geri çevirmələri bizi çox məyus etdi. Ona görə də İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasını (ADAPP) yaratdıq. - Siz Güney Azərbaycanı ötən əsrin 80-ci illərində tərk etmisiniz. Belə olan halda işi necə aparırsınız, yəni aldığınız məlumatların həqiqi olub-olmadığını nə cür yoxlayırsınız? Ümumiyyətlə, məlumatları necə toplayırsınız?- Bilirsiniz, Güney Azərbaycanda bizim bir şəbəkəmiz (network) var. Bütün məlumatlar ora göndərilir və ya biz həmin şəbəkəyə qoşulan insanlarla əlaqədə olaraq lazımi informasiyaları alırıq. Bundan başqa, işə ilk başlayanda telefon vasitəsilə zəng vurub məlumatları əldə edirdik. Düzdür, bu da çox təhlükəli yoldur, ancaq artıq təhlükədən keçib. Bizim içəridə elə fəallarımız var ki, onlar məsələləri yerindəcə araşdırır və məlumatların həqiqi olub-olmadığını yoxlayırlar. Biz dörd ildir BMT və tanınmış beynəlxalq insan haqları təşkilatlarına Güney Azərbaycandakı vəziyyətlə bağlı məlumatlar təqdim edirik. Bu baxımdan bir dənə də olsun yanlış informasiyanın verilməməsinə çox diqqət yetiririk. Ona görə də xəbəri üç mənbədən yoxlayırıq, daha sonra informasiyanı yayırıq və lazımi yerlərə ötürürük. - Sizcə, İranda türk olmaq nə deməkdir? - Əgər İranda siyasətçi, ictimai-mədəni xadim, ümumiyyətlə, bir vətəndaş kimi qabağa getmək istəyirsənsə, öz milli kimliyindən imtina etməlisən. Yəni türk olduğunu danmalısan. Əks təqdirdə, yuxarı vəzifələrə gedən qapılar üzünə həmişəlik bağlıdır. Ona görə də iranlı kimliyini özünə meyar seçməlisən. İranda Azərbaycan türkləri daima yerli televiziya və qəzetlərdə təhqir olunur. Elə 2006-cı il 22 may hadisələri də "İran" adlı rəsmi dövlət mətbu orqanında azərbaycanlıların "tarakan"a bənzədilməsi səbəbindən baş vermişdi. Bu gün Güney Azərbaycanda hər bir uşaq özünə "Mən kiməm?" sualını verir. Onlar "Əgər biz türk deyiliksə, bəs kimik?" deyirlər. Çünki İran hökuməti də, biz də özümüzü türk adlandırırıq və türkük də. - Faxtə xanım, onda sizin opponentlər deyər ki, bu ölkədə çox sayda xalq yaşayır və hər bir xalq öz dilinin dövlət dili səviyyəsinə qaldırılmasını tələb edərsə, onda İran bir dövlət kimi necə mövcud ola bilər? Siz buna nə deyərdiniz... - İrandakı qeyri-fars millətləri ibtidai hüquqlarından, xüsusilə ana dilində təhsil almaq haqqından məhrumdurlar. Ancaq onların yaşadıqları bölgələrdə elementar hüquqlarının təmin olunmasıyla razılaşmaq mövcud hakimiyyət üçün daha məqbuldur. Əgər biz insan haqlarından, demokratiyadan, azadlıqdan danışırıqsa, millətimizin haqqı verilməlidir. Əks təqdirdə qarşı tərəf sənin öz dilində təhsil almaq, yaşadığın bölgənin idarə olunmasında iştirak etmək hüququn yoxdur deyirsə, onda insan haqlarından, demokratiyadan, azadlıqdan danışmağa dəyməz. Yəni bizim əvəzimizə işləyəcəklərsə, onda qoy işləsinlər. Biz isə sadəcə kənardan durub baxaq. Fikrimcə, İran hökuməti öz ərazi bütövlüyünü qoruyub saxlaması üçün bütün qeyri-fars millətlərinə öz hüquqlarını verməlidir. - Bəs Güney Azərbaycanda yaşayan gənc soydaşlarımız İranın ictimai-siyasi həyatında hər hansı bir rol oynayırmı? Məsələn, 2009-cu il iyunun 12-də keçirilmiş mübahisəli prezident seçkilərindən sonra ölkədə iğtişaşlar oldu. Həmin vaxt tələbələr də ayağa qalxdı, universitetlər xüsusi fəallıq göstərdi. Bu hərəkatda Güney Azərbaycandakı gənc soydaşlarımız iştirak edirdilərmi? - Bildiyiniz kimi, İranda bütün dəyişikliklərin memarı azərbaycanlılar olub. Yəni bu ölkədə inqilablar soydaşlarımızın başçılığıyla baş verib. Təkcə bir əsrdə Azərbaycan türkləri İranda dörd inqilab ediblər. Bundan əlavə, daxildəki və xaricdəki siyasi təşkilatların rəhbərliyində azərbaycanlılardır. Düzdür, onlar yaşlı nəslin nümayəndələridir. Ancaq gənc nəslin düşüncəsi tamamilə fərqlidir. Ötənilki hadisələr zamanı azərbaycanlılar səssiz qaldı və onlar "yaşıl hərəkat"a heç bir dəstək vermədi. Güney Azərbaycan şəhərlərində heç bir aksiya baş tutmadı. Yəni azərbaycanlılar artıq tarixdən dərs alıb. Bu baxımdan İran hökumətinin onlara hüquqlarını verməyəcəyini yaxşı anlayır. Ona görə də hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, eyni siyasətin davam etdiriləcəyini başa düşür. Çünki 1979-cu il İslam inqilabının baş verməsində də soydaşlarımız əsas həlledici rol oynadılar. Ancaq öz hüquqlarını tələb etdikdə onlara divan tutuldu, minlərlə adam həbs olundu, yüzlərlə soydaşımız edam edildi.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu