SON XƏBƏRLƏR

Azərbaycanda «MTV Azərbaycan» musiqi kanalı açılacaq

2021.10.20, 07:36
Azərbaycanda «MTV Azərbaycan» musiqi kanalı açılacaq

Gunaz.tv

GünAzTv: “MTV Azərbaycan” kanalının açılması istiqamətində danışıqlar gedir. Çox güman edirəm ki, ilin sonunda artıq bununla bağlı konkret qərar qəbul ediləcək və “MTV Azərbaycan” kanalı fəaliyyətə başlayacaq".

 Bu sözləri jurnalistlərə ölkəmizdə səfərdə olan “MTV”nin Avrasiya üzrə regional direktoru Metyu Goldsteyn deyib.

O bildirib ki, MTV kanalının Azərbaycanda da fəaliyyətə başlaması vaxtında atılmış bir addım olacaq: “Fikrimcə, Azərbaycan musiqi sevən və əsil musiqiyə qiymət verməyi bacaran bir ölkədir. Biz kanal olaraq Azərbaycanda bir sıra layihələr həyata keçirməyi düşünürük. ”MTV Azərbaycan" kanalında dünyanın bütün musiqi örnəklərindən istifadə olunacaq. “MTV Azərbaycan”da rus pop, hip-hop janrında musiqilər səslənəcək. Təbii ki, Azərbaycan musiqilərinə də yer veriləcək. MTV-nin Azərbaycanda açılması üçün potensialınız çox güclüdür. Amma kanalın nə vaxt açılacağına dair dəqiq tarix deyə bilmərim".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar