SON XƏBƏRLƏR

Rza Əbdi və Əlirza Hüseynzadə azadlığa buraxılıblar

2021.10.20, 07:36
Rza Əbdi və Əlirza Hüseynzadə azadlığa buraxılıblar

Gunaz.tv

GünAzTv: Mədəni fəal və “Traxtur” futbol komandasının tərəfdarları Mühəndis Əlirza Hüseynzadə və Rza Əbdi cənabları Təbriz zindanından azadlığa buraxılıblar.

 

Mühəndis Hüseynzadə 2010-cu il iyul ayının 13-də (1389-cu il tir ayının 22-i), Rza Əbdi isə iyul ayının 15-də (tir ayının 24-ü) hər biri 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Adını çəkdiyimiz iki mədəni fəallar 2010-cu il may ayının 11-də (ordibeheştin 21-i) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən “Traxtur” yarışlarında milli şüar səsləndirmələri və Urmu Gölünün quruması ilə bağlı sənədli CD-lərin bulunması suçu ilə yaxalanmışdılar.

 

Onlar hakim Haşimzadə tərəfindən ümumi asayişi pozmaq, sistemin əleyhinə təbliğ və milli yönlü CD-ləri yaymaqda ittiham olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar