Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İranla birgə enerji layihələrimizin başlıca məqsədi Ermənistanın təhlükəsizliyinin təminatıdır. Həmin layihələr çərçivəsində işlərin tam əksəriyyəti bu ilin sonunadək başlanacaq. Ermənistanın energetika naziri Armen Movsisyanın dediyinə görə, Meğridə su-elektrik stansiyasının inşa layihəsinin həcmi $350 milyon təşkil edir. Stansiyanı İran tikəcək, Tehranın çəkdiyi xərc isə sonradan HES-də istehsal ediləcək elektroenerji vasitəsilə ödənəcək. İnşaat işlərini İranın "Fərab Separat" şirkəti aparacaq. İranla Ermənistan arasında yüksək gərginlikli elektrikötürmə xətti də tikiləcək. $130-140 milyonluq layihə ilə bağlı işlərə İranın "Sanir" şirkəti bu il başlayacaq. Daha bir layihə isə İranla Ermənistan arasında $160-$180 milyonluq neft boru kəmərildir. İlkin razılaşmaya görə, layihə ilə bağlı investisiyalar Ermənistanla İran arasında bərabər paylansa da, iranlılar büğün xərcləri özləri çəkəcəklər. Tehranın xərcləri sonradan Ermənistanın kəmərdən əldə edəcəyi gəlir hesabına ödəniləcək. Kəmər layihəsindən danışarkən Movsisyan bildirib ki, Ermənistan həmin marşrutla xam nefti Fars Körfəzindəki qiymətlərlə alacaq. "Orada isə qiymətlər Avropa bazarları ilə müqayisədə xeyli aşağıdır. Bundan başqa, boru kəməri istifadəyə veriləndən sonra İrandan Ermənistana xam neft nəqli ilə bağlı xərclər 3-4 dəfə azalacaq. Eyni zamanda, kəmər neft nəqli üçün daha etibarlı vasitədir. Layihə çərçivəsində işlər başa çatandan sonra boru kəmərinin istismarı ilə Ermənistanın dövlət strukturları yox, hazırda ölkəmizə neft məhsulları satışı və idxalını həyata keçirən şirkətlər məşğul olacaqlar", - A.Movsisyan söyləyib. Onun dediyinə görə, Ermənistanda neftayırma zavodunun inşası da İranla birgə inşa ediləcək boru kəmərinin tərkib hissəsidir. Nazir daha sonra energetika sahəsində İranla birgə layihələrin reallaşmasının Ermənistanın maraqlarına tam cavab verdiyini vurğulayıb. Müşahidəçilərin dediklərinə görə, Ermənistanın energetika nazirinin söylədikləri rəsmi İrəvanın mövcud enerji problemlərini həll etmək istəyindən verir. Türkiyə və Azərbaycanın tətbiq etdiyi nəqliyyat blokadası, habelə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamasından dolayı Ermənistan regional infrastuktur, kommunikasiya və enerji layihələrindən kənarda qalıb. Düşmən ölkənin iqtisadiyyatı faktiki kollaps durumundadır və Ermənistanın dövlət borcu ilə büdcə kəsirinin həcmi sürəkli artır. Buna görə də ermənilər İranla layihələrini problemdən çıxış yollarından biri sayır. Azərbaycan Enerji Tədqiqatları Mərkəzinin eksperti Nofəl Əliyarovun dediyinə görə, Ermənistanın indi neft və neft məhsullarına çox ciddi ehtiyacı var. "Yanacağa olan tələbatını Ermənistan əvvəl əsasən Rusiyadan idxal hesabına təmin edirdi. Lakiin 2008-ci ilin avqustunda Gürcüstanda hərbi əməliyyatlar, Cənubi Osetiya və Abxaziyanın işğalından sonra Rusiyadan Ermənistana neft, neft məhsulları və təbii qaz ixracında səngimə başlayıb. Bundan başqa, Moskva ermənilərə satdığı xam neftlə təbii qazın tariflərini dəfələrlə artırıb. İrandan neft alınması isə İrəvana bir neçə məqam baxımından sərfəlidir. Əvvəla, ABŞ və BMT-nin tətbiq etdiyi sərt sanksiyalarla embarqo nəticəsində ağır vəziyyətə düşmüş İran indi xarici bazarlara çıxış yolları arayır. Ermənistan anormal bazar sayılsa da, Tehrana bu da kifayət edir. Eyni zamanda, enerji layihələri İrana Cənubi Qafqazdakı proseslərə təsir etmək üçün Ermənistanla əlaqələri daha da gücləndirmək imkanı verir", - N.Əliyarov söylədi. Onun dediyinə görə, Ermənistanla İranın tərəfdaşlığı hər iki tərəfin bir-birindən maksimum faydalanması və sırf maraqların təminatı kimi iki prinsipə əsaslanır. Politoqlar da eyni fikirdədir. Qafqaz Siyasi Tədqiqatlar İnstitutunun analitiki Givi Okruaşvili əməkdaşımızın suallarını cavablandırarkən bildirdi ki, İranın əsas məqsədi Cənubi Qafqazdakı proseslərə təsir imkanlarıdır. Ermənilərlə əməkdaşlıq da məhz bununla bağlıdır. "İranın tarixinə, daxili situasiyasına, daxili və xarici siyasətdəki ənənələrinə bələd olanlar bilir ki, farsların ermənilərə izafi "sevgisi" yoxdur. Onlar sadəcə, ermənilərdən həmişə istifadə ediblər və indi də belədir. Tehranın İranla birgə layihələrinə fikir verin. İstisnasız olaraq hamısında zəruri investisiyaların hamısını İran yatırır, işləri görür, obyektləri tikib istifadəyə verir və yalnız bundan sonra əldə ediləcək gələcək gəlirlərin hesabına İran öz vəsaitini geri qaytaracaq. Buna bir dövlətin başqasına yardımının sivil forması deyilir. İran əslində Ermənistana yardım edir, HES və neftayırma zavodu tikir. Təbii ki, bütün bunlar təmənnasız olunmur. İranın başlıca məqsədi Ermənistana ciddi təsir, layihələrdən sonra isə təzyiq imkanlarına yiyələnmək, İrəvanın Qərbin təsir dairəsinə düşməsinə imkan verməməkdir", - G.Okruaşvili söylədi. ARDNŞ yetkililəri isə hesab edirlər ki, İranla Ermənistan arasında energetika sahəsindəki birgə layihələr İrəvanın problemlərini qismən də olsa, həll edən deyil. "Ermənistan İrandan aldığı neft, elektroenerji və neft məhsullarının həcmini artırmaqla kəskin yanacaq qıtlığından qurtulmağa çalışır. Lakin bu, heç bir halda əldə ediləcək məqsəd deyil. Ermənistan rəhbərliyi işğalçılıq siyasətinə son qoymasa, ölkə Cənubi Qafqazdakı bütün iri enerji layihələrindən kənarda qalacaq", - ARDNŞ yetkililəri söylədilər. Humay. ekspress
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu