SON XƏBƏRLƏR

Azərbaycan Laçın və Kəlbəcərin 5 il ərzində qaytarılmasına razılıq verib

2021.10.20, 07:36
Azərbaycan Laçın və Kəlbəcərin 5 il ərzində qaytarılmasına razılıq verib

Gunaz.tv

GünAzTv: Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə ilk növbədə işğal altında olan Kəlbəcər və Laçın rayonlarının qaytarılması müddəti ilə bağlı məsələ müzakirə olunub.

Ermənistan tərəfi vaxtilə Kəlbəcər və Laçının qaytarılması üçün 10 il, Azərbaycan tərəfi 1 il vaxt tələb edirdi. Biz 5 il ərzində bu rayonların Azərbaycanın tərkibinə qayıtmasına razılıq vermişik. Amma Ermənistan bu məsələləri yenidən müzakirəyə çıxarıb”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən keçirdiyi mətbuat konfransında deyib.

 Nazir bildirib ki, Rusiya tərəfi bəzi təkliflər irəli sürüb və bu təkliflər Sankt-Peterburq görüşündə müzakirə olunub: “Bunlar təklifdir və bu müddətdə çox təkliflər olub. Rusiya tərəfi istəyir ki, nizamlanma prosesində bəzi irəliləyişlər olsun və ona görə bu təklifləri verir. Amma Azərbaycan üçün də çətindir. Biz elə fikirləşirdik ki, artıq razılığa gəlmişik, məsələ həll olunub. Dediyimiz 5 il müddəti Madrid prinsiplərində də əks olunmuşdu. Amma məsələ Ermənistanın mövqeyinə görə uzanır və Rusiya indi tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Bu istiqamətdə işləmək çətindir. Əgər hansısa məsələlərdə razılığa gəliriksə, sonrakı prosesdə həmin məsələlər yenidən müzakirə olunursa, proses kifayət qədər çətinləşir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar