SON XƏBƏRLƏR

İranda partlayış: 200-ə yaxın ölü və yaralı var

2021.10.20, 07:36
İranda partlayış: 200-ə yaxın ölü və yaralı var

Gunaz.tv

GünAzTv: Ötən axşam  (İyulun 15-i) İranın cənub-qərbindəki Sistan və Belucistan əyalətinin mərkəzi Zahedan şəhərində iki partlayış törədilib.

Terrorçu-kamikadzelərin hədəfi İran İslam İnqilabını Mühafizə Korpusunun üzvləri (Sepah) olub.

 

Sistan və Belucistanın valisi cənab Əli Məhəmməd Azad bəyan edib ki, partlayış nəticəsində 22 nəfər ölüb, ən azı 160 nəfər yaralıdır. O yaralıların artacağını istisna etməyib.

 

Terror aktının baş verdiyi Zahedan şəhəri İranın Pakistanla sərhədindəki Sistan-Bəlucistan əyalətində yerləşir.

 

“Əl Ərəbiyə” telekanalı sünni “Cundullah” təşkilatının terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyü barədə məlumat yayıb.

 

“Cundullah” təşkilatı “əl-Ərəbiyə” telekanalına göndərdiyi elektron məktubda hücumun təşkilatın lideri Abdülməlik Riginin İran tərəfindən edam edilməsinə cavab olaraq təşkil edildiyini bildirib.

 

 Fevral ayında ələ keçirilən “Cundullah” lideri iyunun 20-də Evin həbsxanasında edam edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar