SON XƏBƏRLƏR

ETTELAAT Səkinə Məhəmmədi Aştiyanının oğluna qarşı hərəkətə keçdi

2021.10.20, 07:36
ETTELAAT Səkinə Məhəmmədi Aştiyanının oğluna qarşı hərəkətə keçdi

Gunaz.tv

GünAzTv: Səkinə Məhəmmədi Aştiyanının 22 yaşlı oğlu Səccad Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə çağrılıb. Bu barədə Edam əleyhinə olan bir Beynəlxaq Komitə məlumat yayıb.

 

İran rejimini və ETTELAATı yaxşı tanıyan hər bir kəs təxmin edə bilər ki, nə üçün Səccad ETTELAATa çağrılıb. Bu çağırış yəqin ki, Səccada qarşı təhdid və təzyiqdən başqa heç nə vəd etmir. Sözü gedən beynəlxalq komitə isə ETTELAATın bu əməlini məhkum edib və bütün dünyanı o ailənin yardımına çağırıb.  

 

Xəbər verdiyimiz kimi Səkinə Məhəmmədi Aştiyanının haqqında  İran rejimi məhkəməsi (Təbriz məhkəməsi) tərəfindən DAŞQALAQ hökmü çıxarılıb. O zinada ittiham olunur.

 

Onun 22 yaşındakı Səccad adlı oğlu və daha bir gənc qızı keçən günlərdə İran və dünya ictmaiyyətinə müraciət etmişdilər. onlar analarının DAŞQALAQ olacağından vəhşətə düşdüklərini və analarını qurtarmaq üçün bütün humanist insanlara yalvarmaqdan və yardım istəməkdən başqa heç bir çarələrinin olmadığını vurqulamışdılar.

 

Şərhçilərin fikricə ETTELAATın Səccada qarşı hərəkətə keçməsi, onun və bacısının səsini boğmağa xidmət edir. ETTELAATın Səccadı təhdid edəcəyi və bir daha mətbuata heç nə dəməməyi haqda tapşırıq verməsi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar