SON XƏBƏRLƏR

Təbriz Bazarıdakı etiraz dəvam edir -Etirazçılar şərt irəli sürüblər

2021.10.20, 07:36
Təbriz Bazarıdakı etiraz dəvam edir -Etirazçılar şərt irəli sürüblər

Gunaz.tv

GünAzTv: xəbər verdiyimiz kimi dünən etiraz aksiyasına başlayan Təbriz bazarının işadamları bu gündə öz etirazlarına sadiq qalaraq ticarət mərkəzlərini və mağazaları açmadılar.

 

Hökumət etirazı yatırmaq üçün nəzərdə tutduğu 70 faiz vergini 15 faizə düşürdüğünü bəyan etsədə yenədə işadamları bununla razılaşmayıb. Onlar  verginin gəlirlər əsasında tənzimlənməsini vacib hesab ediblər.

 

İşadamları həmçinin aşağıdakı şərtləri irəli sürüblər.

 

-         millətçi siyasət bazar iqtisadiyyatı səhnəsində uzaq olmalı.

-         Hökumətdən asılı olmayan Sinfi dərnəklər yaradılmalıdır.

-         Təbriz bazarı “Yunesko”-da qeydə alınmalıdır.

-         Təbriz bazarında avtomat olaraq yanqını elan edən sistem yaradılmalıdır.

-         Azərbaycan Respublikası və Türkiyə ilə iqtisadi əlaqələr genişləndirilsin.

-         Azərbaycan zavodları və sinfi postlarında qeyri Bəsic (hökumət tərəfdarları- yarım silahlı dəstələr) və yerli müdir və kadr seçilsin.

-         Azərbaycanın milli-mədəni və mədən sərvətlərinin qarətinə son verilsin.

-         Azərbaycanda tutuqlamalar və həbslərə son verilsin. Hazırda hər 18 dəqiqədə bir Azərbaycanlı həbs olur.

-         Azərbaycan türkcəsi rəsmi dil olsun. Sinfi və ticarət mərkəzlərinin adlarını türk dilindən seçmək mümkün və azad olmalıdır.

-         Ticarəti asanlaşdırmaq və Azərbaycanın bütün bölgələrində yarım hərbi vəziyyəti dayandırmaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar