SON XƏBƏRLƏR

Milli-mədəni fəal Firuz Yusifi azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Firuz Yusifi azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: İran ordusunun keçmiş zabiti, milli-mədəni fəal cənab Firuz Yusifi 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Cənab Yusifi 24 gün müvəqqəti həbsdən sonra 2010-cu il iyul ayının 14-də (1389-cu il tir ayının 23-ü) ordu təhlükəsizlik orqanının təcridxanasından azad edilib.

 

Adını çəkdiyimiz milli-mədəni fəal 2010-cu il iyun ayının 21-də (xordad ayının 31-i) Tehranda tutuqlanıb və saxlanılan müddətdə ruhi-cismi işgəncələrə məruz qalıb.

 

O milli təhlükəsizliyin əleyhinə fəaliyyət, pantürkist qruplarda üzvlük, sistemin əleyhinə təbliğ və ordunun gizli dosyasından nələrsə əldə etməkdə ittiham edilir.

 

Milli-mədəni fəal keçmiş illərdə Tehran və Marağa şəhərlərində də həbs olunub və mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Ordu rəsmilərinin dosyasını araşdıran komissiya, 2010-cu ilin mart ayında (1388-ci ilin isfənd ayı) adını çəkdiyimiz Azərbaycanlı milli-mədəni fəalı 10 il xidmətdən sonra işdən azad edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar