SON XƏBƏRLƏR

İran rejimi geyim tərzinə görə vətəndaşları cərimələyəcək

2021.10.20, 07:36
İran rejimi geyim tərzinə görə vətəndaşları cərimələyəcək

Gunaz.tv

GünAzTv: İranda şəriətə uyğun geyinməyən qadınlara verilən cərimələrin məbləği və şərtləri açıqlanıb. Əxlaq polisi cərimə ödəməyən və müqavimət göstərən qadınları polis bölməsinə apara bilər. Burada onlar bir daha eyni hərəkəti təkrarlamayacaqları barədə sənəd imzaladıqdan sonra azad ediləcəklər.

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, cərimə meyarı aşağıda qeyd etdiyimiz kimi tənzimlənib.

 

Saçın üzərində eynək 180 min riyal (17 dollar)Qısa pencək 250 min riyal (24 dollar)Açıq rəngli pencək 250 min riyal (24 dollar)Boyalı hər dırnağa görə 5000 riyal (48 sent)Makiyaj 250 min riyal (24 dollar)Təhrikedici saç rəngi 1 milyon 500 min riyal (144 dollar) Qeyd edək ki, ən çox nəzarət Məşhəd şəhərindədir. Burada qadağaları pozanların 1300 dollar məbləğində cərimə ediləcəyi açıqlanıb. Bundan əlavə, hər gün qız şagirdlər "Çarşab marşı" oxuyurlar. Marşın sözləri belədir: "Qardaş, qardaş çarşab geyinmənin mükafatı cənnətdir. Çarşabı düzgün geyinməmək utancdır, utanc”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar