SON XƏBƏRLƏR

Şəhram Əmiri Tehranda

2021.10.20, 07:36
Şəhram Əmiri Tehranda

Gunaz.tv

GünAzTv: Amerika Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən keçən il Səudiyyə Ərəbistanında qaçırıldığı iddia edilən iranlı alim Şəhram Əmiri iyulun 15-də (Tir ayının 24-ü) İrana qayıdıb.

Əmiri Tehranda yaxınları və İran Xarici İşlər Nazirliyi rəsmiləri tərəfindən qarşılanıb.

Nüvə mütəxəssisi jurnalistlərə açıqlamasında "amerikalılar İranın nüvə proqramı ilə bağlı bəzi əsassız bilgiləri ortaya atmaq üçün məndən istifadə etmək istəyirdilər" deyib. Şəhram əmiri MKİ (və İsrail casuslarının ona ağır işgəncələr verdiyini deyib. O həmçinin Amerikada qalması üçün 50 milyon dollar təklifi aldığını bildirib.

ABŞ-ın  (Mərkəzi Kəşfiyyat İdarəsi) Amerika Birləşmiş Ştatları) adının çəkilməsini istəməyən bir rəsmisi iyulun 14-də BBC radiosuna açıqlamasında deyib: “Şəhram Əmiri ABŞ-ın ixtiyarına çox qiymətli məlumat və informasiyalar qoyub”.

Həmçinin "Washington Post" qəzeti Əmirinin bir ildən artıq MKİ-yə çalışdığını və ona bu iş üçün 5 milyon dollar ödəndiyini yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar