SON XƏBƏRLƏR

Jurnalistlər İranı tərk edir

2021.10.20, 07:36
Jurnalistlər İranı tərk edir

Gunaz.tv

GünAzTv: Beynəlxalq hüquq müdafiə təşkilatları, jurnalistlərin hüquqlarının müdafiə və mətbuat azadlığı sahəsində çalışan başqa beynəlxalq qurumların İranı “jurnalistlər həbsxanası” adlandırmaları öz təsdiqini tapır.

 

Siyasi xəbər agentliyi olan “atynews” saytının verdiyi məlumata görə  son günlər “fars”dövlət agentiliyinin bir neçə əməkdaşı ölkəni tərk edərək xarıcı ölkələrdən sığınacaq istəyiblər. Saytın verdiyi xəbərdə, “fars” agentliyinin mədəniyyət bölməsinin məsulullarından olan və adı ixtisarla verilən “M.X” adlı jurnalist Tunis vasitəsilə Fransaya sığınıb.

 

Bir müddət öncədə agentliyin iki əməkdaşı Hüseyn Süleymanzadə və Cavad Müqimi ölkədən qaçaraq Amerikaya sığınıblar. Onlar hal-hazırda “Amerikanın səsi” radiosunun əməkdaşları kimi fəaliyyət göstərirlər.

 Habelə agentliyin başqa əməkdaşı Əli Fərəhmənd ötən həftə İtaliyaya sığınaraq bu ölkənin senatında çıxış edib və İranda insane haqlarının pozulması, söz və mətbuat azadlığının tapdalanması ilə bağlı çıxış edib. Adı çəkilən jurnalist indi BBC-nin əməkdaşı kimi fəaliyyət göstərir. Qaynaq: “Bötöv Azərbaycan Birliyi”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar