SON XƏBƏRLƏR

Ermənistan-Türkiyə sərhədi müvəqqəti açılacaq

2021.10.20, 07:36
Ermənistan-Türkiyə sərhədi müvəqqəti açılacaq

Gunaz.tv

GünAzTv: Ermənistanda sentyabrın 11-dən 17-ə kimi NATO-nun “Ermənistan-2010” adlı təlimləri keçiriləcək. təlimlərin əsas məqsədi təbii fəlakət zonalarına humanitar yardım edilməsinə dair təcrübə qazanmaqdır. Təlimlər zamanı Türkiyədən hərbi maşın karvanının keçməsi üçün Ermənistan-Türkiyə sərhədləri müvəqqəti olaraq açılacaq. Bu barədə SİA erməni mənbələrinə istinadən xəbər yayıb.

 

Bundan əlavə rəsmi Ankara Ermənistan zəvvarlarına da yardım edəcək. Belə ki, Türkiyə ermənistanlı zəvvarlar üçün xüsusi qayıqlar hazırlayır. Türkiyənin bu təşəbbüsü Axtamar adasında yerləşən erməni kilsəsində keçiriləcək ibadətlə bağlı həyata keçirilir.

 

Məlumata görə, qayıqlar rahatlığı və təhlükəsizliyi ilə yanaşı Avropa Birliyi standartlarına uyğun hazırlanır. Hər bir qayığın hazırlanmasına 2 ay və təxminən 42 000 dollar sərf olunacaq. Zəvvarların daşınması üçün 40 ədəd qayığın ayrılacağı planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar