SON XƏBƏRLƏR

Son həbslərlə bağlı İSTANBULda möhtəşəm etiraz aksiyasi keçirilib

2021.10.20, 07:36
Son həbslərlə bağlı İSTANBULda möhtəşəm etiraz aksiyasi keçirilib

Gunaz.tv

GünAzTv: 2010-cu il İyul ayının 12-də (1389-cu il Tir ayının 21-i) İstanbulda yaşayan Azərbaycanlı Türklər və Anadolulu soydaşlarımız, Güney Azərbaycanda yaşanan son qanunsuz həbsləri qınamaq məqsədi ilə, İran səfirliyi qarşısında toplanıblar.

 

Aksiya saat “13:30”-da İranda Güney Azərbaycanlı milli-mədəni fəalların həbsinə etiraz bildirişinin oxunmasıyla başlayıb.

 

Bildiriş oxunduqdan sonra aksiya iştirakçıları həbsdə olan milli fəalların adlarını bir-bir uca səslə səsləndirərək onları unudmadıqlarını ve  hər zaman  onlarla olacaqlarını qeyd ediblər.

 

Etirazın dəvamında bu tip şüarlar səslədirilib:

 

-Panfarsizm son bulsun     Mahpuslar özgür olsun

-Azerbaycan var olsun      Fars rejimine ar olsun

-Kahr olsun Paniranizm

-Yaşasın Bağımsız Güney Azerbaycan

-Türk dilinde eğitim (təhsil) istəyirik.

-Türklere uzanan eəllər qırılsın

-Daşqalaq cəzası qaldırılsın

 

Qeyd etməliyik ki bildiriş ətrafdakı insanlara dağıdılıb ve onların ciddi ilgisi ve desteyini çəkib.

 

Piketin sonunda aksiya iştirakçıları Türkiyə milləti ve devlətindən Güney Azərbaycanın haq səsinə duyarlı olmasını istəyiblər. Bu istək dərhal ətrafdaki insanlar tərəfindən böyük həvəslə alqışlanıb.

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar