SON XƏBƏRLƏR

Təbriz Bazarının İşadamları möhtəşəm Etiraz Aksiyası keçiriblər

2021.10.20, 07:36
Təbriz Bazarının İşadamları möhtəşəm Etiraz Aksiyası keçiriblər

Gunaz.tv

GünAzTv: Dünən 2010-cu il iyul ayının 13-də (1389-cu il tir ayının 22-i) Təbriz bazarının işadamları 70 faiz verginin artması, yenicə BƏSİC (Hökumət tərəfdarları yarımsilahlı dəstələr) üzvləri tərəfindən zorlanaraq qətlə yetirilmiş gənc qız mərhum Elnaz Babazadənin faciəli öldürülməsi, Azərbaycanın milli hüquqları və milli-mədəni fəalların qanunsuz tutuqlanmasına dair etiraz aksiyası keçiriblər.

 

Bu münasibətlə dünən Təbriz bazarında işyerləri, ticarət mərkəzləri və mağazalar açılmayıb və bununlada dinc şəkildə kütləvi etiraz nümayiş etdirilib.

 

Divarlarda aşağıda qeyd etdiyimiz kimi, çoxsaylı etiraz məzmunlu afişalar və şüarlar gözə çarpırmış:

 

-Vergi artımı dayansın.

- Azərbaycan millətinə qarşı qətl əməllərinə son qoyulsun.

-Siyasi məhbuslar azad olunmalıdır.

- Türk dilində mədrəsə    olmalıdır hər kəsə

-Türk milləti    çəkməz belə zilləti

Və ...

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar