SON XƏBƏRLƏR

Türkiyə parlamentində millət vəkilləri əlbəyaxa olublar

2021.10.20, 07:36
Türkiyə parlamentində millət vəkilləri əlbəyaxa olublar

Gunaz.tv

GünAzTv: İyulun 13-də Türkiyə Böyük Millət Məclisində (TBMM) 8 yeni universitetin qurulması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü Yılmaz Tankut çıxışını bitirib yerinə keçərkən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Muhyettin Aksak onun çıxışına kəskin etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə qızışıb və əlbəyaxa davaya çevrilib. Aksakın yumruğuna Tankut təpiklə cavab verib. Bu zərbədən sonra M. Aksak yerə yıxılıb. Digər millət vəkilləri araya girərək dalaşanları ayıra biliblər. Sədr fasilə elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar