SON XƏBƏRLƏR

İrəvan Avropa Birliyindən Ankaraya təzyiq istəyir

2021.10.20, 07:36
İrəvan Avropa Birliyindən Ankaraya təzyiq istəyir

Gunaz.tv

GünAzTv: Ermənistan parlamentinin rəhbəri Ovik Abramyan Avropa Birliyindən protokolların təcili ratifikasiya edilməsi və sərhədlərin açılması üçün Türkiyəyə daha çox təzyiqlər edilməsini xahiş edib. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edən Abramyan münasibətlərin normallaşması üçün Türkiyə və Ermənistan tərəfindən imzalanan protokolların tez və heç bir şərt qoyulmadan qəbul edilməsinin vacibliyini önə çəkib. Erməni spiker protokolların ratifikasiyasının ləngiməsinə görə Türkiyəni ittiham edib. Onun qənaətinə görə, protokolların müzakirəsi prosesinin dayandırılmasına əsas səbəb Ermənistanın Konstitusiya Məhkəməsinin protokolların ruhuna zidd qərar qəbul etməsi deyil, baş nazir Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ probleminin həllini şərt kimi qoymasıdır.“Sərhədləri bağlı bir ölkə necə Avropa Birliyinin üzvü ola bilər”, deyə sual verən Abramyan, AB-dən Türkiyəyə qarşı təzyiqlərini daha da artırmağı, protokolların qəbul edilməsinə və sərhədlərin açılmasına nail olunmasını xahiş edib.Erməni nazir deyib ki, “Türkiyə Azərbaycan ilə “bir millət, iki dövlət” olduğunu açıqlayıb. Eyni zamanda Azərbaycanın maraqlarını öz imzasından öndə tutur”.Abramyan onu da deyib ki, Türkiyə son zamanlar öz bölgəsində aktiv xarici siyasət yürüdür, eyni zamanda Dağlıq Qarabağ probleminin yoluna qoyulması ilə bağlı vasitəçilik etmək istəyir. Ancaq Ermənistan qəti sürətdə bunun əleyhinədir.Komitənin işində iştirak edən Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Yervgeniy Kırılov isə erməni spikerə deyib ki, mövcud durum daha 20 il belə davam edə bilməz. “Ciddi problemlər içərisindəsiniz, siyasətinizi yenidən gözdən keçirin”. deyə Kırılov qeyd edib.Müzakirələrdə iştirak edən millət vəkillərinin çoxu protokolların müzakirəsi prosesinin dayandırılmasında Ermənistanın da günahkar olduğunu vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar