SON XƏBƏRLƏR

Nüvə alimi Şəhram Əmiri İrana yola düşüb

2021.10.20, 07:36
Nüvə alimi Şəhram Əmiri İrana yola düşüb

Gunaz.tv

GünAzTv: İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst iyulun 14-də jurnalistlərə açıqlamasında deyib ki, 10 ay əvvəl Səudiyyə Ərəbistanında yoxa çıxan, sonradan da ABŞ-da (Amerika Birləşmiş Ştatları) olduğu bildirilən gənc nüvə alimi Şəhram Əmiri artıq İrana yola düşüb.

Qum nüvə təsisatının rəhbəri Şəhram Əmiri on ay əvvəl Həcc ziyarəti məqsədilə Səudiyyə Ərəbistanına səfər etmiş və özü ilə daşıdığı, İranın nüvə təsisatları barədə çoxlu materialın olduğu notbuku ilə yoxa çıxmışdı. Sonradan alimin ABŞ-da olduğu bildirildi.

Şəhram Əmiri yoxa çıxandan az sonra İran hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinə hesabatında Qum nüvə təsisatının gizli saxlanan fəaliyyəti barədə xəbər yaydı. Bəzi mənbələr iranlı nüvə aliminin könüllü şəkildə ABŞ-a sığındığını vurğulayırdı.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Ramin Mehmanpərəst Şəhram Əmirinin artıq Vaşinqtonu tərk etdiyini və üçüncü ölkə yolu ilə İrana gəlməkdə olduğunu söyləyib.

Ağ evin sözçüsü Robert Qibs isə iyulun 13-də jurnalistlərə açıqlamasında deyib ki, Şəhram Əmirinin İrana göndərilməsi ilə bir il əvvəl casusluqda günahlandırılaraq həbsə salınan 3 amerikalı alpinist (Sara Şord, Coş Fattal və Şeyn Bauer) və 3 il əvvəl İranın Kiş adasında yoxa çıxan FTB-nin keçmiş məmuru Robert Luinsonun taleyi arasında əlaqə yoxdur. Ağ evin sözçüsü İranla ABŞ arasında hansısa sövdələşmə baş verdiyi barədə xəbərləri təkzib edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar