SON XƏBƏRLƏR

Fransa Niqablı hicabı qadağan etdi

2021.10.20, 07:36
Fransa Niqablı hicabı qadağan etdi

Gunaz.tv

GünAzTv: Fransa parlamentinin yuxarı palatası niqablı hicabın qadağan olunmasına dair  qanunu təsdiqlədi.

 

Parlamentin yuxarı palatasının təsdiqlədiyi qanuna əsasən niqablı hicabdan istifadə edənlər 150, istifadəyə vadar edilənlər isə 30 min avro məbləğində cərimələnəcək. Bundan başqa həmin şəxsləri bir ilədək azadlıqdan mərhumetmə cəzası da gözləyə bilər. Sənədin lehinə 336, əleyhinə isə 1 deputat səs verib. 

 

Sənədə əsasən, bu geyim növündən istifadəyə  məcbur edilən şəxs 18 yaşından kiçik isə   o halda cərimənin miqdarı iki dəfə artacaq. Səhhəti ilə bağlı maska taxmalı olan şəxslər, xüsusi karnavallarda, tədbirlərdə üzünü bağlayanlara qadağa tətbiq olunmayacaq. Qanunda bildirilir ki, ictimai yerlərdə üzünü örtən şəxslər cəzalandırılacaq. Lakin qanun təsdiqləndikdən dərhal sonra qüvvəyə minməyəcək. 6 ay ərzində ictimaiyyət bununla bağlı məlumatlandırılacaq. 

 

Ali Məhkəmə  hökumətə niqablı hicabın bütün məkanlarda yasaqlanmaması ilə bağlı çağırış da edib. Hüquqşünaslar isə sənədin Avropa  İnsan Hüquqları Məhkəməsinin prinsiplərinə və Konstitusiyaya zidd olduğunu deyirlər. Qeyd edək ki, Fransada təqribən 2 min qadın niqablı hicabdan istiadə edir. 

Digər xəbərə əsasən, Belçika şəhərlərindən birində məktəblilərə dini atributlardan istifadə qadağan edilib. Qadağaya əsasən müsəlmanlar örpək, xristianlar isə xaç gəzdirməməlidir. Şarlerua şəhər soveti bu məsələni səsverməyə çıxararaq, yekdilliklə qəbul edib. Xatırladaq ki, bir qədər əvvəl Belçika parlamenti ictimai məkanlarda niqablı hicabdan istifadəni qadağan etmişdi.itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar