SON XƏBƏRLƏR

Azərbaycan, Ermənistan, Amerika, Rusiya və Fransanın xarici işlər nazirləri Qarabağ problemini müzakirə edəcəklər

2021.10.20, 07:36
Azərbaycan, Ermənistan, Amerika, Rusiya və Fransanın xarici işlər nazirləri Qarabağ problemini müzakirə edəcəklər

Gunaz.tv

GünAzTv: Azərbaycan, Ermənistan, ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya və Fransanın xarici işlər nazirləri Qarabağ problemini müzakirə etmək üçün Qazaxıstanda bir araya gələcəklər.

İyulun 17-də keçiriləcək görüşdə Qazaxıstanın xarici işlər naziri, ATƏT sədri Kanat Saudabayev də iştirak edəcək.

Müzakirələrin əsas mövzusu Qarabağ probleminin sülh yolu ilə həlli olacaq.

Qeyd edək ki, Azərbaycan ATƏT Minsk qrupunun Madrid prinsiplərinin yenilənən təkliflərini qəbul etdiyi açıqlayıb, Ermənistan isə bu barədə mövqeyini açıqlamayıb.

Yenilənən Madrid prinsiplərinə görə, Ermənistan öncə Dağlıq Qarabağ ətrafındakı işğal etdiyi 7 rayondan beşini boşaldacaq, qaçqınlar evlərinə dönəcək, bölgəyə sülhməramlı missiya yerləşdiriləcək, sərhədlər və kommunikasiya kanalları açılacaq və son mərhələrə Qarabağın hüquqi statusunu müəyyənləşdirəcək referendum keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar