SON XƏBƏRLƏR

Məhbus fəal Həsən Rəhimiyə yaxın şəxs, onun durumundan danışıb

2021.10.20, 07:36
Məhbus fəal Həsən Rəhimiyə yaxın şəxs, onun durumundan danışıb

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə fəallarından biri, hüquq müdafiəçisi Həsən Rəhimi İranda sonuncu həbs olunanlardandır.

O, artıq 10 gündür məhbəsdə olmasına baxmayaraq, hələ də ailə üzvləri ilə görüşə bilməyib. Əslində ailə üzvləri onunla görüşə bilmir. Bu barədə ailədən kimsə danışmaq istəmir. Adının çəkilməsini istəməyən yaxınlarından biri isə deyir ki, Həsən Rəhimi Evin zindanında saxlanılır. Niyə tutulduğu, hansı suçla ittiham olunduğu da bildirilmir. Vəkil yardımından istifadə etməyə də imkan verilmir ki, sağ-salamat olması barədə ondan nəsə öyrənmək mümkün olsun.  Bu barədə “azadlıq radiosu” xəbər yayıb.Mühəndis Həsən Rəhimini İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi- ETTELAAT-ın əməkdaşları iyulun 3-də iş yerindən aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar