SON XƏBƏRLƏR

Təbrizli gənc qız “BƏSİC” üzvləri tərəfindən zorlandıqdan sonra güllələnib

2021.10.20, 07:36
Təbrizli gənc qız “BƏSİC” üzvləri tərəfindən zorlandıqdan sonra güllələnib

Gunaz.tv

GünAzTv: Ötən həftə Elnaz Babazadə adlı gənc qız Təbrizin Vəliəsr məhəlləsində baş örtüyünün “islam qaydalarına” qaydalarına uyğun olmadığına görə ilk olaraq rejim məmurları tərəfindən zorlanılıb, sonra isə güllələnib. Bu barədə “Bütöv Azərbaycan Birliyi” saytı İnsan Haqlarını Müdafiə təşkilatının saytı olan “HERANA”-ya istinadən xəbər yayıb.

 Ötən həftə Təbrizin Vəliəsr məhəlləsində “BƏSİC” (Tehran rejiminin könüllü silahlı dəstələri) üzvləri Elnaz Babazadə adlı qızın maşını saxlayaraq onun baş örtüyünün “islam qaydaları”na uyğun olmadığın bildirirlər. Elnaz Babazadə onların istəyinə tabe olmaqdan imtina edir.

 Rejimin 3 məmuru Elnazın üstünə silah çəkərək onun idarə etdiyi şəxsi minik avtomobilinə soxulub onu zorla xəlvət yerə aparırlar.

Məmurların hər üçü 26 yaşlı Elnaz Babazadəyə təcavüz edərək onun başına tapançadan atəş açaraq qətlə yeribi cəsədin Təbrizin “İmamiyyə” qəbristanlığının yaxınlığına atırlar.

 

Verilən məlumatda Elnazı qətlə yetirən “SEPAH” komanderlərindən birinin oğludur. Qatil Elnazı qətlə yetirərək “allahın əmrin” yerinə yetirdiyini və “hicabsız”lığın qarşısın almaq məqsədi daşıdığını bildirib. 

 Məlumatda oda bildirilirki, Elnaz Babazadənin ailəsi məsələ ilə bağlı məhkəməyə müraciət edib. Qatil və başqa iki nəfərin kimliyi bəlli olsada “SEPAH” məsələni araşdırmağı öz üzərinə götürərək qətli ört-basdır etmək niyyətindədir. son vaxtlar “hicabsız”lığa qarşı mübarizə adı altında rejim qüvvələri əhalini istənilən yerdə saxlamaqan belə çəkinmir və bu insanların, özəlliklə xanımların ciddi narahatlıq keçirmələri və gündəlik həyatlarında ciddi problemlərlə üzləşmələrinə səbəb olub.  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar