SON XƏBƏRLƏR

Britaniyanın Ermənistandakı səfiri, uydurma soyqırımın İngiltərədə tanınmayacağını deyib

2021.10.20, 07:36
Britaniyanın Ermənistandakı səfiri, uydurma soyqırımın İngiltərədə tanınmayacağını deyib

Gunaz.tv

GünAzTv: Britaniyanın Ermənistandakı səfiri  bəyan edib ki, dünyanın heç bir məhkəməsi 1915-ci il hadisələrini soyqırım kimi tanıya bilməz.

Böyük Britaniyanın yeni hökuməti “erməni soyqırımı”nı parlamentə heç yaxın buraxmayıb. Bu barədə SİA erməni mətbautına istinadən xəbər yayıb.

Böyük Britaniyanın Ermənistandakı səfiri Çarlz Lonsdeyl İngiltərədə bu uydurmanın tanınmayacağını deyib. Onun sözlərinə görə, Londonun bu istiqamətdəki siyasətində heç bir dəyişiklik olmayacaq: “Yeni hökumətin bu məsələdəki siyasətində çətin ki, dəyişiklik görək. Bu gün dünyanın heç bir məhkəməsi 1915-ci il hadisələrini soyqırımı kimi tanıya bilməz. Britaniya hökuməti də hüquqi termindən tarixi hadisələri xarakterizə etmək üçün istifadə edə bilməz”.

Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinə toxunan britaniyalı diplomatın fikrincə, yaxın gələcəkdə bu məsələdə hər hansı bir müsbət hal əldə olunmayacaq. O, qeyd edib ki, Britaniya bu məsələdə siyasi yox, ictimai-mədəni müstəvidə çıxış edir, birgə layihələri, təmasları və verilişləri genişləndirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar