SON XƏBƏRLƏR

Dünya çempionu müəyyənləşdi

2021.10.20, 07:36
Dünya çempionu müəyyənləşdi

Gunaz.tv

GünAzTv: Cənubi Afrikada Dünya üzrə 2010-cu ilin Futbol Çempionatı İspaniyanın qələbəsi ilə başa çatdı.

Bazar günü final matçında İspaniya və Hollandiya yığmaları görüşdülər.

Oyunun 90 dəqiqəsi qalibi müəyyən edə bilmədi. Komandalar təxminən bərabər səviyyəli oyun nümayiş etdirirdilər.

Hər iki tərəfin qapıları qarşısında təhlükəli vəziyyətlər yaradılmışdı.

Əlavə 30 dəqiqləlik vaxtın əksər hissəsi də qolsuz keçdi.

Azarkeşlər artıq oyundan sonrakı 11-metrlik zərbələr seriyasına hazırlaşırdılar ki, 26-cı dəqiqədə ispaniyalı İnyesta nəhayət ki güclü zərbə ilə hesabı açaraq, yığmasını irəliyə çıxardı.

Qaalan 4 dəyqə ərzində isə hesab dəyişmədi.

Beləliklə İspaniya yığmasının məşqçisi Visente del Boske rəhbərlik etdiyi komandalar ilə Dünya Kuboku və Çempionlar Liqasını udan tarixdə 2-ci şəxs oldu.

Madriddə 10 minlərlə azarkeş bayraqlar ilə İspaniya paytaxtının mərkəzinə toplaşaraq milli yığma komandanın qələbəsini qeyd ediblər.

2-ci yeri Hollandiya yığması tutdu.

Futbol tarixində ilk dəfə olaraq İspaniya yığması Dünya çempionu adını qazanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar