SON XƏBƏRLƏR

Almaniya 3-сü oldu

2021.10.20, 07:36
Almaniya 3-сü oldu

Gunaz.tv

GünAzTv: Almaniya milli komandası Cənubi Afrikada keçirilən 2010-cu ilin DÇ-nın bürünc medallarını qazandı.

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Port-Elizabet şəhərində “Nelson Mandela Bey” stadionunda 3-cü yer uğrunda keçirilən matçda almanlar Uruqvay komandasını 3:2 hesabı ilə məğlub etdi. Alman milli komandası tərkibində vurulan qolların müəllifləri Tomas Müller, Marsel Yansen və Sami Xedira oldular. Qeyd edək ki, oyunun axırıncı dəqiqəsində Uruqvay komandasının hücumçusu Dieqo Forlan hesabı bərabərləşdirə bilərdi. Lakin top zərbədən sonra ştanqaya dəyib, meydandan uzaqlaşıb. Beləliklə, Paul adlı osminoqun proqnozu özünü təsdiqlədi. Paul Almaniya millisinin DÇ-da oynadığı 7 oyunun hamısının düzgün nəticələr ilə bitəcəyini proqnozlaşdırıb. 2010-cu ilin futbol üzrə Dünya Çempionatında yalnız bir oyun iyulun 11-də oynanılacaq. Turnirın finalında Hollandiya və İspaniya milli komandaları qarşılaşacaq. Bu oyun Yoxanesburq şəhərinin “Sokker Siti” stadionunda keçiriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar