SON XƏBƏRLƏR

Pakistanda dəhşətli terror aktı – ölü sayı 100 nəfəri keçib

2021.10.20, 07:36
Pakistanda dəhşətli terror aktı – ölü sayı 100 nəfəri keçib

Gunaz.tv

GünAzTv: İyulun 9-da Pakistanın şimal-qərbində törədilmiş terror aksiyası nəticəsində ölənlərin sayı 102-yə çatıb. Bu barədə APA “Associated Press” agentliyinə istinadən xəbər yayıb.

Yakka-Hand yaşayış məntəqəsi administrasiya binasının önünə toplaşan və əlil arabasının paylanmasını gözləyən yüzlərlə adamın içərisinə motosikletlə daxil olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Şiddətli partlayış nəticəsində administrasiya binası, ətrafdakı onlarla mağaza, eləcə də yaxınlıqdakı həbsxananın divarı uçub. Yaralıların sayı 115 nəfərdir. Vəziyyətdən istifadə edən 28 məhkum qaçıb. Hadisə yerində xilasetmə işləri davam edir.

 Hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar