SON XƏBƏRLƏR

İranda idmançı qızlar geyim problemi ilə üzləşir

2021.10.20, 07:36
İranda idmançı qızlar geyim problemi ilə üzləşir

Gunaz.tv

GünAzTv: İran hakimiyyətinin hicab iddiası ölkə gənclərinin dünyadakı həmyaşıdları ilə görüşüb, yarışmasını əngəlləyib. Bu varədə Lent.az İran KİV-nə istinadən məlumat yayıb.İslam Respublikasının futbol üzrə yeniyetmə qızlardan ibarət seçmə komandası bu ilin 12-25 avqustunda Sinqapurda keçiriləcək Gənclərin Olimpiya Oyunlarında iştirak etməyəcək. Daha doğrusu, idmançı qızların geyiminə görə, Tehran bu komandanın yarışa qatılmasına icazə verməyib.İran bədən tərbiyəsi və idman komitəsinin sədr müavini Mərziyyə Əkbərabadi bildirib ki, bu yaxınlarda qadınlardan ibarət yığma üçün hazırlanmış geyimlər sonda uyğun sayılmadı. Onun sözlərinə görə, qadınların geyimləri əvvəlcədən razılaşdırılmış formadan fərqlənib. Bir müddət öncə FİFA ilə İranın Futbol Federasiyası arasında qızların meydana yaylıq əvəzinə xüsusi papaqlar geyinəcəkləri razılaşdırılıbmış. 2007-ci ildə FİFA qadın idmançıların yaylıq və şərf bağlamasını yasaqlamışdı.Sinqapura gedəcək qızların yeni idman geyimi üzgüçülərin geyindiyi papaqcıqdan, uzun qolu futbolkalar, dizdən aşağı şalvar və uzun corablardan ibarət olub. Qadın idman tədbirlərinə cavabdeh olan Əkbərabadi ötən gün nümayiş olunan geyimlərin uyğun sayılmadığını bəyan edərək, deyib ki, iranlı dərzilər bu paltarları FİFA-nın standartlarına yaxın da tikə bilərdi, ancaq bunu etməyib.Bütün bunlarla yanaşı, İranın idmançı qızlarının yarışa qatılması məsələsi ilə bağlı Tehranın uyğun qurumları son qərarı verməyib. Xatırladaq ki, bu yarışda 14-18 yaş arasında 3600 idmançının iştirak edəcəyi gözlənilir. Onlar 26 idman növündə öz güclərini sınayacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar