SON XƏBƏRLƏR

Türkmənistan prezidenti yüz ölçüb bir biçir

2021.10.20, 07:36
Türkmənistan prezidenti yüz ölçüb bir biçir

Gunaz.tv

GünAzTv: Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov hökumətin iclasında ölkədə çoxpartiyalılığın tətbiq edilməsi və qeyri-dövlət mətbuat orqanlarının yaradılması işində tələsməməyə çağırıb. «Qeyd etmək istəyirəm ki, bu məsələlər tələskənliklə və qısa vaxtda deyil, düşünülmüş və ölçülüb-biçilmiş şəkildə həll edilməlidir», deyə Türkmənistan prezidenti bildirib.İlk addım kimi dövlət başçısı Türkmənistan Sənayeçilər və sahibkarlar ittifaqının rəhbərliyinə öz qəzet və jurnalının nəşr edilməsi məsələsini öyrənməyə çağırıb. Prezidentin fikrincə, bu mətbu orqanlarında sahibkarların uğurları barədə məqalələr çap etmək, təcrübə ilə bölüşmək, buraxılan məhsulları reklam etmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar