SON XƏBƏRLƏR

Quba məzarlığını ziyarət edən Hindistan səfiri ermənilərin əməllərindən dəhşətə gəlib

2021.10.20, 07:36
Quba məzarlığını ziyarət edən Hindistan səfiri ermənilərin əməllərindən dəhşətə gəlib

Gunaz.tv

GünAzTv: Hindistanın Azərbaycandakı səfiri Debnad Şou Qubada aşkarlanan kütləvi məzarlıqda olub. Səfirə ermənilərin azərbaycanlılara, yəhudilərə, ləzgilərə, tatlara və digər xalqlara qarşı törətdikləri soyqırım haqqında məlumat verilib.

 

GünAzTv mətbuat mərkəzinin “Lent.az”-a istinadən yaydığı məlumata görə, səfir gördüklərindən dəhşətə gəldiyini dilə gətirib və ölkəsinə qayıtdıqdan sonra bu haqda məlumat verəcəyini deyib.

Qeyd edək ki, Qubada aşkar olunan kütləvi məzarlıqda qazıntı zamanı 400-dən çox insanın kəllə sümüyü aşkarlanıb. Burda qətlə yetirilənlərin 50-dən çoxunun uşaqlar, 100-dən çoxunun qadınlar, qalanlarının isə yaşlı kişilər olduğu müəyyənləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar