Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İran KİV xəbər verir ki, parlament ölkənin ərazi-inzibati xəritəsində dəyişiklik edib. "Əlborz" adlı yeni əyalət yaradılıb. Məclisdə 144 deputat bunun lehinə, 41-i isə əleyhinə səs verib. Yeni əyalətin mərkəzi şəhəri Kərəcdir. Bu yeni inzibati ərazi vahidi şimaldan Mazandaran, qərbdən Qəzvin, şərqdən isə Tehran əyalətləri ilə həmsərhəddir. Əhalisinin böyük əksəriyyəti türkdür. Mərkəz şəhər Kərəcin 1 milyondan çox əhalisi var və əsasən yerli türklərdən ibarətdir.Paytaxtı Tehrandan köçürmək haqda qərar verildikdən sonra eyniadlı əyalətdə inzibati dəyişiklik ediləcəyi barədə söhbətlər dolaşırdı. Bu şəhər Ağa Məhəmməd şah Qacar dövründən paytaxt olub və hazırda əhalisi xeyli artmış, meqapolisə çevrilmişdir. Bu dəyişikliyi şərtləndirən faktorlardan biri də ölkənin mərkəzi şəhərinin əhalisinin əsasən Azərbaycan türklərindən ibarət olmasıdır. Bu gün Tehranı haqlı olaraq İranda türklərin ən böyük şəhəri adlandıranlar da var.Panfarsistlərin müasir İran coğrafiyasında tarixi türk torpaqlarını vaxtaşırı "qayçılama" əməliyyatları bir qorxudan qaynaqlanır. Bu qorxunu törədən "Azərbaycan" sözü, bu coğrafiya əhalisinin çox böyük əksəriyyətinin türklər olmasıdır. Bu səbəbdən panfarsistlər tarixi türk-Azərbaycan torpaqlarını hissə-hissə parçalayaraq, ölkənin inzibati xəritəsindən "Azərbaycan" sözünü silmək istəyir, türklərin etnik kökənləri ilə bağlı cəfəngiyatlar uydurmaqdan yorulub-usanmırlar.Məlumatlara görə, son günlər İran hakimiyyəti Güney Azərbaycanın Marağa, Xoy və Mahabad (əsl adı - Soyuqbulaq) kimi böyük şəhərlərinə özəl status verməklə, bu əraziləri Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin tərkibindən ayırmaq niyyətindədirlər. Yerli müşahidəçilərin qənaətincə, bu şəhərlər Azərbaycandan ayrılarsa, perspektivdə həmin ərazilərin, özəlliklə Soyuqbulağın bu bölgədə fəal olan kürd terrorçularının nəzarətinə keçmə təhlükəsi var.Bu günlərdə prezident Mahmud Əhmədinejad iri şəhərləri Azərbaycandan "ayırmaq" haqda çox "özəl" qərar verib. Güney Azərbaycan Milli Hərəkatı tarixi coğrafiyamız üzərində törədilən bu xəbis əməliyyatlara qarşı etiraza çağırır.Güney Azərbaycan torpaqları üzərində bu "qayçılama" əməliyyatlarının tarixi az qala yetmiş ilə vurub çıxır. Hələ 1918-ci ildə o vaxtkı şah hakimiyyəti respublikamızın Azərbaycan adlanmasına etiraz etmişdi.
O zaman cümhuriyyətimizin rəhbərliyi İranla əlavə problem yaratmamaq üçün ölkəmizin adını Qafqaz Azərbaycanı deyə xatırlatdı. Tehran yalnız bundan sonra ölkəmizin müstəqilliyini tanıdı. Əslində bu heç də ad məsələsi deyildi. Həmin illərdən başlayaraq, İranda hakimiyyətə gələnlərə həm o tay, həm də bu tay Azərbaycan adı dinclik vermir. Gah onun adını dəyişir, gah torpaqlarını qeyri-türk etnosların adına yaradılan ərazilərə qatırlar.Güney Azərbaycan torpaqlarının başına gətirilən "qayçılama" oyunlarının tarixçəsi haqda Dünya Azərbaycanlıları Konqresi məlumat yaymışdı. Bu əməlləri izləyək: 1937-ci il noyabrın 7-də Rza şah Pəhləvi parlamentinin qəbul etdiyi qanuna əsasən, Qacarlar dövründən qalma inzibati ərazi bölgüsü dəyişdirilərək, əyalətlərin tarixi adları ixtisar olundu və İran Şimal-Qərb, Qərb, Şimal, Cənub, Məkran və Şimal-Şərq adı altında 6 əyalətə bölündü.Qısa müddətdən sonra elə həmin ilin dekabrında sözügedən inzibati bölgüyə yenidən baxıldı və İran 10 əyalətə bölünərək, bölgələrə birdən ona qədər ad verildi. O illərdə Təbriz üçüncü əyalətin, Urmiya isə dördüncü əyalətin mərkəzi şəhəri elan olundu. Güney Azərbaycan sərhədləri və Azərbaycan adı ölkənin xəritəsindən tamamilə silindi. Ərdəbil isə bu bölgüyə əsasən üçüncü əyalətə daxil idi.Tarixin saxtalaşdırılması niyyəti ilə aparılmış bu bölgü 1960-cı illərədək davam etdi. Yalnız 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin dövründə Güney Azərbaycanın böyük bir hissəsi Azərbaycan adlanırdı. Həmin illərdə üçüncü və dördüncü əyalətlərə uyğun olaraq, Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlandırıldı. 1960-cı ildən sonra İran üzrə 13 əyalət və 8 quberniya (bir müddət sonra 11) yaradıldı. Məhəmmədrza şahın dövründə aparılmış bu yeni bölgüyə əsasən, Azərbaycan ərazilərindən bir hissə yeni yaradılan əyalətlərə verildi. Həmədan quberniya kimi tanındı. Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin ərazilərindən kəsildi. Bu bölgü üzrə Ərdəbil və Zəncan rayonları Şərqi Azərbaycan əyalətinə daxil idi. Ərdəbil qəzasının bir hissəsi olan Astara rayonu 1968-ci ildə ayrıca quberniya elan olundu.Son illərdə Ərdəbil və ətraf mahalların ən mühüm "tələb"lərindən biri mərkəzi Ərdəbil olmaqla yeni bir əyalət yaradılması idi. Əslində bu şəhərin əhalisi buranın tarixinin qədimliyi, eləcə də əhalisinin çoxluğu nəzərə alınmaqla Şərqi Azərbaycan əyaləti adı altında özünə məxsus dövlət büdcəsi istəyirdi. Onu da qeyd etmək lazımdır ki, ərdəbillilər Təbrizdən ayrılmaq istəmirdi. Çünki Təbriz bütövlükdə Azərbaycan türklərindən ötrü bir simvoldur.1992-ci il oktyabrın 14-də Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan, Gurqan mərkəz olmaqla Gülüstan əyalətlərinin yaradılması haqda Daxili İşlər Nazirliyinin verdiyi iki təklifdən birincisi dövlət rəhbərliyi tərəfindən bəyənildi. Azərbaycan adını ləğv etmək məqsədi ilə "Savalan" adlı əyalətin yaradılması haqda layihə dördüncü çağırış İran parlamentinə göndərildi. Bu məsələni rəhbərlik sonradan çeşidli orqanlara həvalə etdi. 1993-cü il yanvarın 12-də parlament layihəni ümumilikdə təsdiqlədi. Həmin sənədə əsasən, hökumət mərkəzi Ərdəbil olmaqla, yeni Şərqi Azərbaycan əyaləti yarada bilərdi. Təbriz mərkəz olan Şərqi Azərbayanın adının isə Mərkəzi Azərbaycana dəyişdirilməsi təklif edilirdi.Bir sıra təkliflərə əsasən, ümumiyyətlə, Azərbaycan sözünü əyalətlərin adından götürərək, Təbriz mərkəzli bölgəni "Səhənd", yeni yaradılan Ərdəbil mərkəzli əyaləti isə "Savalan" adlandırmaq istəyirdilər.1993-cü il aprelin 4-də "Təbrizin mərkəz olduğu Şərqi Azərbaycan əyalətinin adının Mərkəzi Azərbaycanla əvəzlənməsi və Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan əyalətinin yaradılması" haqda layihə parlamentin gündəminə gətirildi. Həmin il məclisin 13 aprel tarixli iclasında layihənin ikinci oxunuşu gözlənilmədən "Ərdəbil" adlı yeni əyalətin yaradılması barədə qərar qəbul edildi.Həmin il Güney Azərbaycan türkləri çoxsaylı etiraz aksiyası keçirərək, ermənilərin iddiasının ardınca Azərbaycanın yenidən bölünməsinin tarixin saxtalaşdırılmasına xidmət etdiyini bildirmişlər. Amma o dövrdə sanki Azərbaycana yamanlıq etmək üçün Tehran hakimiyyəti Ermənistanla yarışırmış kimi bu etirazlara məhəl qoymadı. Hakimiyyətin əsasən təbliğat vasitələrindən biri, "ETTELAAT" qəzeti 19 aprel 1993-cü il sayında məsələyə dair belə bir xəbər dərc etmişdi: "Cümhuriye-İslami" agentliyi - Nəzarət Şurasının dünənki iclasında Ərdəbil əyalətinin yaradılması layihəsinə baxılmış, şəriət və qanun normalarına zidd bilinməmişdir".2004-cü il aprelin 11-də "Ərdəbil əyalətinə Azərbaycan adının qaytırılma komitəsi" yaradıldı. Bu qurum indiyədək Azərbaycan adının Ərdəbilə və Güney Azərbaycanın başqa ərazilərinə qaytarılmasını tələb etməkdədir...Xatırladaq ki, Həmədan, Gilan, Qəzvin, Zəncan, Qəzvin, inzibati mərkəzi Ərak olan Mərkəzi və başqa əyalətlər əvvəllər məhz Azərbaycan adı altında mövcud idilər. Keçən il Həmədan əyalətinin ziyalıları İranın ali rəhbəri Əli Xamneyiyə və dünya ictimaiyyətinə müraciət edərək, bu tip xəbis bölgülərə etirazlarını bildirir, Azərbaycanın və türk millətinin tərkib hissəsi olduqlarını bildirmişlər. Bundan başqa, Tehran hakimiyyəti illərdir ki, ölkə coğrafiyasında yüzillərdən bəri yaşayan Qaşqay türklərini ayrıca bir "qövm" kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır. Amma Qaşqay türkləri Azərbaycan ləhcəsində danışır və tarixi Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır.Amma bir iş var. Bu şər siyasətlər ölümə məhkumdurlar. Bugünkü İran coğrafiyasında əhalinin yarısını türklər təşkil etdiyini əhmədinejadlar qoy unutmasınlar. Onlar xəritələrdən "Azərbaycan" sözünü silə, inzibati əraziləri qayçılayıb, növbənöv yeni adlar uydura bilərlər. Fəqət türklüyü bu ölkə coğrafiyasından silib ata bilməzlər. Onların öz sözlərini qəti olaraq deyəcəkləri və bu siyasətləri pozacaqları zaman çox da uzaqda deyildir. S.Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu