SON XƏBƏRLƏR

“İbrahim Savalana Özgürlük” Veblaqı fəaliyyətə başlayıb

2021.10.20, 07:36
“İbrahim Savalana Özgürlük” Veblaqı fəaliyyətə başlayıb

Gunaz.tv

GünAzTv: İbrahim Rəşidi (Savalan) barədə xəbərləri yaymaq, onun vəziyyətini izləmək məqsədi ilə,  “İbrahim Savalana Özgürlük” Veblaqı fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, Yazıçıç, jurnalist milli-mədəni fəal cənab Rəşidi 2010-cu il iyun ayının 14-də (1389-cu il xordad ayının 24-ü) Ərdəbildə yaxalanıb, naməlum istiqamətə aparılmışdı.

 

 Cənab Rəşidi Ərdəbildə tutulduğu zaman ondan bir neçə gün xəbər olmayıb, Sonra isə ancaq bir dəfə öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq yaxalandığı barədə məlumat vermişdi.

 

“Azərtopraq” adlı qeyri-hökumət təşkilatının qurucusu, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, “Bulud”, “Oyanış”, “Ulduz” və “Baxış” tələbə qəzet və jurnallarının əməkdaşı olan ərdəbilli fəal hazırda Təbriz ETTELAAT şöbəsinin təcridxanasında saxlanılır.

 

Güney Azərbaycan milli hərəkatının fəal üzvlərindən olan İ.Rəşidi milli zəmindəki fəaliyyətlərinə görə il yarım əvvəl tutulub 5 ay həbsdə saxlandıqdan sonra 50 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılıb.

 

Beynəlxalq Əfv Təşkilatı 2006-cı il aprel və may aylarının 1-də bəyanat yayaraq, Azərbaycanlı veblaqçı və jurnalistin həbs edilməsi və ona qarşı olan təzyiqləri məhkum edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar