SON XƏBƏRLƏR

Türklərə qarşı qərəzli müdiri, qərəzli hakim mühakimə etdi

2021.10.20, 07:36
Türklərə qarşı qərəzli müdiri, qərəzli hakim mühakimə etdi

Gunaz.tv

GünAzTv: “Təbriz Ahəngəri Şirkəti” işçilərinin böyük əksəriyyəti adı çəkilən şirkətin müdiramilinin ədalətsiz davranışından və “Mən bu türkləri adam etməliyəm” kimi təhqirindən Məhkəməyə şikayət ediblər.

 

Məhkəmə Mehdi Şeyx Olya Nəvasanini türklərə qarşı qərəzli rəftar etməkdə, türk işçilərini səbəbsiz işdən azad etməkdə, onların millətinə qarşı dəvamlı ən təhqir edici ifadələri dilə gətirməkdə günahkar tanıyıb.

 

 Marağlı məqam isə ondan ibarətdir ki, elə qərəzmi müdiri qərəzli hakim mühakimə edib. O adını çəkdiyimiz müdiri ancaq 350 dollar (350 min tümən) cərimə ilə cəzalandırıb. Bu isə cəzasız buraxmaqdan başqa heç nə ifadə etmir.

 

İşçilərin şikayət müraciətində, müdiramilin 12 bənd təhqirindən söz açılıb. Ancaq onları Kütləvi İnformasiya Vasitəsində yazmaq mümkün deyil.  Sadəcə bir cümləsinə işarə edirik:

 

O işçilərə dəvamlı xatırladırmış: “Mən bu türkləri adam etməliyəm”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar