SON XƏBƏRLƏR

Soydaşlarımız BMTnin Ankara şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
Soydaşlarımız BMTnin Ankara şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər

Gunaz.tv

GünAzTv: Türkiyənin Ankara, Əskişəhər, İstanbul və... şəhərlərində yaşayan Azərbaycanlılar BMTnin Ankara şöbəsinin qarşısında İranın Azərbaycana və milli-mədəni fəallara yönəlik apardığı siyasətə qarşı etiraz aksiyası keçiriblər.

 

2010-cu il iyul ayının 9-da (1389-cu il tir ayının 18-i) keçirilən Etiraz mərasimində bəyanat oxunub.

 

 Bəyanatda İran rejiminin Azərbaycana qarşı apardığı qərəzli siyasət pislənilib. Həmçinin İran rejiminin qanunsuz tutuqlamaları xüsusi ilə son tutuqlamalar məhkum edilib.

 

Etirazçılar həbsdə saxlanılan milli-mədəni fəalların qeyd-şərtsiz azadlığını tələb edib və bu həbsləri həyata keçirənlərin cəzalandırılmasını istəyiblər.

 

Etiraz mərasiminə qatılan soydaşlarımız əllərində məhbusların şəkili və onların azadlığına dair plakatlar tutub və İran rejiminin qeyri insanı rəftarı barədə kəskin şüarlar səsləndiriblər.

 

Sonda bütün bu vəziyyəti izah edən, ingilis dilində hazırlanmış 11 səfhəlik yazılı məruzə BMT nümayəndəsinə təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar