SON XƏBƏRLƏR

Azərbaycanda videonəzarət sistemləri yaradılır

2021.10.20, 07:36
Azərbaycanda videonəzarət sistemləri yaradılır

Gunaz.tv

GünAzTv: Azərbaycan Nazirlər Kabineti əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması haqda qərar qəbul edib.Nazirlər Kabinetindən «APA-ECONOMICS»ə verilən məlumata əsasən, qərar Azərbaycan Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılmış təklifinə əsasən qəbul edilib.Tədbir əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədilə görülür. Qərara əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri aşağıdakı yerlərdə və obyektlərdə qurulacaq:1.1. əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən:- parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə;- stadionlarda və idman arenalarında;- böyük ticarət və əyləncə mərkəzlərində;- mehmanxanaların yaxınlığında;- məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında;1.2. obyektlərdə, o cümlədən:1.2.1. nəqliyyat infrastrukturlarında:- yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda;- yol ötürücülərində və körpülərdə;- avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında;- dəmir yolu və metro stansiyalarında, platformalarında;- avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında;- sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində;1.2.2. Azərbaycan Respublikasının icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında;1.2.3. həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında;1.2.4. mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında;1.2.5. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binalarının ətrafında;1.2.6. təhsil müəssisələrinin yaxınlığında;1.2.7. bütün taksofon aparatlarının bilavasitə yaxınlığında.Eyni zamanda videonəzarət sistemləri nəqliyyat infrastrukturlarında, o cümlədən yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda, yol ötürücülərində və körpülərdə, avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında, dəmir yolu və metro stansiyalarında, platformalarında, avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında, sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində.Qərar imzalandığı gündən – iyulun 6-dan qüvvəyə minib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar