SON XƏBƏRLƏR

İran təzyiqlərə duruş gətirə bilmədi. “Məhkum qadın DAŞQALAQ edilməyəcək”

2021.10.20, 07:36
İran təzyiqlərə duruş gətirə bilmədi. “Məhkum qadın DAŞQALAQ edilməyəcək”

Gunaz.tv

GünAzTv: İran məhkəməsi tərəfindən zinada ittiham olunan xanım Səkinə Məhəmmədi Aştiyani “Daşqalaq” cəzasına məhkum edilsədə artıq “Daşqalaq” edilməyəcək. Bu barədə Britaniya mətbuatı İranın Londondakı səfirliyinə istinadən xəbər yayıb. 

 

Məlumata görə, qərarın ləğvi barədə xəbəri İranın Londondakı səfirliyi açıqlayıb. Səfirlik isə bu xəbəri İranın məhkəmə yetkililərinə istinadən bəyan edib. Ancaq adı çəkilən qadına təmami ilə bəraət verilib yoxsa başqa tərzdə edam ediləcəyi barədə heç bir məlumat verilməyib.

 

Qeyd edək ki, xanım Aştiyanı məhkəmənin ittihamını dəfələrlə rədd edib və günahsız olduğunu vurqulayıb.

 

Bu barədə son həftələrdə İrana qarşı beynəlxalq təzyiqlər olub. Xüsusi ilə Amerika və Britaniya tərəfindən konkret tələb gəlmişdi. Həmçinin İranın ictmai rəyi bu hökmün icrasına çox qarşı idi. Nəticədə İranın təslim olduğu görünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar