SON XƏBƏRLƏR

Britaniya və Amerika İrandan daşqalaq cəzasını ləğv etməyi tələb ediblər

2021.10.20, 07:36
Britaniya və Amerika İrandan daşqalaq cəzasını ləğv etməyi tələb ediblər

Gunaz.tv

GünAzTv: Böyük Britniyanın xarici işlər naziri Uilyam Heyq planlaşdırılan bu yolla edamı “orta əsrlərdən qalma” adlandırıb.

 

GünAzTv mətbuat mərkəzinin ANS-ə istinadən yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya İranı 43 yaşlı qadının daşqalaq edilərək öldürülməsi ilə bağlı qərarı icra etməməyə çağırıb. İran məhkəməsi qadını ailə xəyanətində təqsirli bilib.Böyük Britniyanın xarici işlər naziri Uilyam Heyq planlaşdırılan edamı “orta əsrlərdən qalma” adlandırıb və İran hakimiyyətini işə yenidən baxmağa çağırıb. ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət Departamentinin nümayəndəsi ilə bildirib ki, İran vətəndaş və siyasi hüquqlarla bağlı Konvensiya üzrə öhdəliklərinə görə ölüm czasının bu növündən imtina etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar