SON XƏBƏRLƏR

Tutulan milli-mədəni fəallar Təbriz ETTELAATına köçürülür

2021.10.20, 07:36
Tutulan milli-mədəni fəallar Təbriz ETTELAATına köçürülür

Gunaz.tv

GünAzTv: İranda Azərbaycanın milli hüquqları uğrunda dinc fəaliyyət göstərib və bu səbəbdən yaxalanan onlarca milli-mədəni fəalla təzyiqlər dəvam edir.

 

Onların əksəriyyəti zəmanət və mülki vəsiqə qarşılığında azadlığa buraxılsalarda, hələdə bizə məlum olan 20 nəfərə yaxın fəal İran rejimi tərəfindən təcridxanalarda saxlanılır.

 

Son məlumatlara görə, müxtəlif şəhərlərdə tutulan milli-mədəni fəallar Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsinə köçürülürlər. hətta 6 gün öncə Tehranda tutulan hüquq müdafiəçisi Həsən Rəhimi Bayatın, Təbrizin ETTELAAT şöbəsinə köçürüldüyü bildirilir.

 

Hazırda Təbriz ETTELAATında 17 milli-mədəni fəal həbsdə saxlanılır. Onların kimliyi bundan ibarətdir:

 

Həmidə Fərəczadə, Heydər (Yaşar) Kərimi, Mahmud Fəzli, Nəim Əhmədi, İbrahim Rəşidi, Yunis Süleymani, Zəhra Fərəczadə, Şükrullah Qəhrəmani fərd, Həsən Rəhimi Bayat, Ayət Mehrəlibəyli, Aydın Xaceyi, Behbud Quluzadə, Bəhmən Nəsirzadə, Əlirza Abdullahi, Şəhram Radmehr, Lətif Həsəni və Əkbər Azad.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar